Ronaldo “Real”a keçidə razılıq verdi
04.04.2009 - 13:02
2008-ci ildə dünyanın ən yaxşı futbolçusu seçilən Kriştianu Ronaldo Madridin “Real” klubuna keçməyə razılıq verib. Apasport.az saytının məlumatına görə, İngiltərənin “Guardian” nəşri “Mançester Yunayted” klubunun 24 yaşlı yarımmüdafiəçisinin karyerasını İspaniyada davam etdirəcəyi ilə bağlı xəbər dərc edib.
Portuqaliyalı futbolçunun “Real”a keçidi ilə bağlı hələ ötən yay Avropa çempionatının final mərhələsi dövründən xəbərlər dolaşmaqdadır. “Kral klubu” Kriştianuya görə 75 milyon funt-sterlinq ödəməyə hazırdır. “Real” cari mövsüm başa çatdıqdan futbolçunun transferi ilə əlaqədar “Mançester Yunayted”ə rəsmi təklif göndərəcək.

- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0