Premyer Liqada XX tur: “Bakı” da uduzarmış...
06.04.2009 - 10:27
Premyer Liqada XX tur: “Bakı” da uduzarmış...
Azərbaycan Premyer Liqasının XX turu lider dəyişikliyi ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, “Bakı” klubu 36 günlük fasilədən sonra liderliyi son Azərbaycan çempionu “İnter”ə qaytarıb. Bu, “Olimpik”in baş məşqçisi Əsgər Abdullayevin vaxtilə kubok qazandırdığı “Bakı” üzərində əzmkar qələbədən sonra reallaşıb.

Nəticədə ikinci dövrədə qələbə seriyası qırılan Qyoko Hacıyevskinin çalışdırdığı komanda həm də ilk məğlubiyyətə düçar olub. “Bakı” kubok matçları da daxil olmaqla, son 9 oyunda uduzmurdu. Paytaxtın eyniadlı təmsilçisi axırıncı dəfə ötən ilin noyabrında məğlubiyyət acısı dadmışdı.

İkinci dövrədə “uğursuzluq zolağı”na düşdüyü üçün qələbəyə həsrət qalan “Karvan” bu dəfə doğma meydanda “Simurq”a uduzub və turnir cədvəlində 8-ci pilləni “Neftçi”yə təhvil verib. Cari mövsümdə ölkə kubokunu da nəzərə alsaq, MOİK-lə 4-cü görüşdə də qalib gələn flaqman uzun fasilədən sonra bu mövqeyə yüksəlib.

4 aprel
"Bakılı" - "Qəbələ" – 0:1

Fərzad Hatəmi, 63
65-ci dəqiqədə “Qəbələ”nin kapitanı Kənan Kərimov penalti zərbəsindən yararla bilməyib

"Karvan" - "Simurq" – 1:3
Murad Ağakişiyev, 34 – Vladimir Mazyar, 60, 84, Tural Cəlilov, 90+1

"İnter" - "Muğan" – 2:0
Xaqani Məmmədov, 17, Andrey Rubin, 60

5 aprel
"Olimpik" - "Bakı" – 2:1

Junivan Suares, 51, Leandro Qomeş, 73 - Əhməd Ticani, 11
84-cü dəqiqədə “Bakı”nın gürcü yarımmüdafiəçisi Amiran Muciri ikinci sarı vərəqə alaraq meydandan çıxarılıb

"Qarabağ" - "Turan" – 4:2
Artim Şakiri, 58, 60, Vaqif Cavadov, 65, Nidal Fərhadoviç, 67 – Muammer Ərdoğdu, 71, Nadir Nəbiyev, 86

"Xəzər-Lənkəran" - "Standard" – 4:0
Junior Osvaldo, 13, İvan Svetkov, 54, Rahid Əmirquliyev, 77, Mario Souza, 89

"Neftçi" – MOİK – 3:1
Valentin Atem, 13, 27, Adrian Nyaqa, 83 – Fuad Əliyev, 64

Turnir cədvəli

komandalar

O

Q

H

M

T

X

1

İnter

20

15

4

1

37-10

49

2

Bakı

20

15

2

3

44-9

47

3

Xəzər-Lənkəran

20

13

4

3

39-13

43

4

Simurq

20

12

5

3

29-15

41

5

Olimpik

20

10

6

4

24-13

36

6

Qarabağ

20

10

5

5

27-20

35

7

Standard

20

9

3

8

18-21

30

8

Neftçi

20

7

6

7

22-16

27

9

Karvan

20

8

2

10

21-23

26

10

Qəbələ

20

7

5

8

23-15

26

11

Muğan

20

3

2

15

15-38

11

12

Bakılı

20

2

3

15

12-51

9

13

Turan

20

1

5

14

10-39

8

14

MOİK

20

1

2

17

11-47

5



Bombardirlər: İvan Svetkov (“Xəzər-Lənkəran”) – 13, Amiran Muciri (“Bakı”) - 11
0