Futbolçu yığmanın baş məşqçisini istefaya göndərdi
07.04.2009 - 09:40
Makedoniya futbol yığmasının baş məşqçisi Sreçko Katanets istefa verib. Apasport.az saytının məlumatına görə, sloveniyalı mütəxəssis milli komandanın lideri Qoran Pandevlə qalmaqaldan sonra bu qərara gəlib.
İtaliyanın “Latsio” klubunda çıxış edən hücumçu ilə Katanets arasında dünya çempionatının seçmə mərhələsi çərçivəsində Hollandiyaya qarşı keçirilmiş rəsmi oyun zamanı münaqişə olub. Həmin görüşdə makedoniyalılar səfərdə böyük hesabla uduzsalar (0:4) da, yığmanın çalışdırıcısı istefasını bununla bağlamır: “Mən Hollandiyaya məğlub olduğumuzdan yox, Pandevlə aramdakı münaqişəyə görə vəzifəmdən gedirəm. Bunlar komanda daxilində heç də yaxşı atmosfer yaratmırdı. Makedoniya yığmasına bu atmosferi yaxşılaşdıra biləcək məşqçi lazımdır”.
Qeyd edək ki, Katanets Sloveniya milli komandasındakı işi ilə daha çox tanınır. O, sloveniyalıları 2000-ci ildə keçirilmiş Avropa çempionatının final mərhələsinə vəsiqə qazandırıb.

- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat
- Okan Buruk: “Fənər”ə qarşı planlarımız həmişə işə yarayıb”
0
0