Milli komandamızı böyük hesabla məğlub etmiş məşqçi qovuldu
08.04.2009 - 10:23
Milli komandamızı böyük hesabla məğlub etmiş məşqçi qovuldu
Azərbaycan yığmasını böyük hesabla məğlub etmiş Belçika milli komandasının baş məşqçisi Rene Vandereyken tutduğu vəzifədən azad olunub. Apasport.az saytının məlumatına görə, Belçika Futbol Assosiasiyası (BFA) yığmanın dünya çempionatının seçmə mərhələsində göstərdiyi qeyri-qənaətbəxş nəticə səbəbindən belə qərar çıxarıb.

Türkiyə yığması ilə eyni qrupda yer alan belçikalılar hazırda 4-cü pillədə qərarlaşıblar və praktiki olaraq, dünya çempionatının final mərhələsinə vəsiqə qazanmaq şansını itiriblər. Vendereykenlə bağlı qəbul edilən qərar haqda BFA-nın rəsmi nümayəndəsi Nikolya Kornu məlumat verib: “Biz yığmamızın baş məşqçisinin gələcək taleyi barədə uzun müddət müzakirə apardıqdan sonra onunla müqaviləni pozmaq qərarına gəldik”.

Hazırda Belçika komandası qrup lideri İspaniyadan 11, ikinci yerdə gedən Bosniya və Herseqovinadan 5 xal geri qalırlar.

Qeyd edək ki, Vandereyken ötən seçmə mərhələdə milli komandamızla hər iki rəsmi oyunda qalib gəlib. Yığmamız 2008-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində baş tutan bu görüşlərdə Brüsseldə 0:3, Bakıda isə 0:1 hesabı ilə uduzub.
0