Yunis Hüseynov: Futbolçular komandadan gedir, mən də mayı gözləyirəm
09.04.2009 - 13:05
“Komandamızdan futbolçuların gedişi davam etməkdədir. İndi də Aqil Məmmədovla İlham Yadullayev heyəti tərk etdi. Bunun səbəbini onlar özləri daha yaxşı deyə bilərlər”. Bu fikirləri apasport.az saytına açıqlamasında Yevlaxın “Karvan” klubunun baş məşqçisi Yunis Hüseynov deyib.
Qısa müddətdə 6 futbolçunu itirən 44 yaşlı mütəxəssis Aqil Məmmədovla İlham Yadullayevədək Anatoli Doroş, Alim Qurbanov, Süleyman Kamara və Hisleyn Emonun gedişi ilə barışdı. Hüseynovun sözlərinə görə, heyətlə bağlı vəziyyət getdikcə daha da pisləşir: “Hazırda 13 futbolçu ilə məşq edirəm. Legionerlərdən gürcülər Aleksandr İntskirveli və Mixail Mesxi komandanı tərk etməyib. Aqillə İlham isə oynamaq istəməyib, getdilər. Oynamaq istəməyən futbolçu ilə nə edə bilərəm? Hazırkı vəziyyətdə oyunçuları saxlaya bilmirəm. Ola bilsin ki, yenə gedənlər olsun. İndiki şəraitdə hər şey gözləmək olar. Belə vəziyyətdən necə çıxış yolu tapmağı, problemlərin nədən yarandığını deyə bilmərəm”.
Bir ara istefa vermək haqda düşünən baş məşqçi deyəsən, fikrindən daşınıb: “Komandanın sükanı arxasında qalıram. Mənim klubla cari mövsümün sonuna qədər müqaviləm var. Mayın 17-də Premyer Liqada son oyunumuzu keçirəcəyik. Həmin vaxt, yəni anlaşmanın başa çatmasını gözləyirəm. Bundan sonrakı taleyim vəziyyətdən asılı olacaq. Mən indi bu haqda heç nə deyə bilmərəm. Müqavilə ilə üzərimə düşən öhdəlikləri yerinə yetirirəm”.
“Karvan”dan gedən futbolçular ötən ilin dekabrında bu yana maaş almamağı əsas gətirirlər. Ancaq Hüseynov özünün bu müddətdə məvacib alıb-almamağı ilə sualımızdan yayındı: “Gəlin bu haqda danışmayaq. Bir şeyi deyə bilərəm ki, “Karvan”ın belə vəziyyəti mənə çox pis təsir edir. Yaratdığım komanda daim yüksək yerlərə iddialı olub, hər oyuna yalnız qələbə qazanmaq üçün çıxıb. Ancaq indi...Vəziyyət nə qədər çətin olsa da, qalan oyunlarda qələbə qazanmağa çalışacağıq. Əsas məqsədimiz çempionatı başa vurmaqdır. Çalışacağıq ki, hazırda yer aldığımız 9-cu pillədən aşağı düşməyək”.
Qeyd edək ki, bu ilin yayında 5 yaşı tamam olacaq “Karvan” Hüseynovun rəhbərliyi altında gümüş və bürünc medal qazanıb.

0
0