“Media Kuboku-2009”un püşkü atıldı
09.04.2009 - 17:02
“Media Kuboku-2009”un püşkü atıldı
“Şərq” qəzeti Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü münasibətilə KİV komandaları arasında sayca 6-cı futbol turniri keçirəcək.

Lent.az-ın məlumatına görə, bu haqda mətbuat konfransında “Media Kuboku-2009” turnirinin Təşkilat Komitəsinin sədri, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı açıqlama verib.

Aşırlı bildirib ki, aprelin 11-də start götürəcək turnirə 8 komanda qatılacaq. Onlar əvvəlcə 2 qrupda mübarizə aparacaqlar. Qruplarda ilk iki yeri tutanlar yarımfinala vəsiqə qazanacaqlar. ½ final mərhələsinin qalibləri mayın əvvəllərində keçiriləcək finalda, məğlubları isə 3-cü yer uğrunda görüşdə qarşılaşacaqlar. Turnirin 1000 manat məbləğində mükafat fondu olacaq. Qalib komandaya 500, finalçıya 300, 3-cü yerin sahibinə isə 200 manat mükafat veriləcək. Bununla yanaşı, mükafatçılar kubok və diplomlarla da təltif olunacaqlar.

Püşk nəticəsində qrupların tərkibi müəyyənləşib:

A qrupu
ANS
“Səma” Mətbuat Yayımı
“Space”
“525-ci qəzet”in “Ədalət” və “qol.az”la birləşmiş komandası

B qrupu
AzTV
ATV
“Şərq” qəzeti və “livesport.az”ın birləşmiş komandası
“Yeni Azərbaycan”.

Oyunlar Bakı Dövlət Universitetinin İdman Kompleksində keçiriləcək.
0