“Olimpik”lə iki yox, lap beş dəfə də oynamağa hazırıq”
09.04.2009 - 17:03
“Olimpik” klubu “Bakı” ilə oyunun yenidən keçirilməsinə razılığını verib. Bu haqda apasport.az saytına məlumat verən “Bakı”nın vitse-prezidenti Zeynal Məmmədovun sözlərinə görə, həmşəhərliləri görüşün təkrar baş tutmasına bir şərtlə razıdır.
Belə ki, “Olimpik” cari mövsümdə oynanılan hər iki matçın yenidən keçirilməsini tələb edir. Məmmədov ilk dövrədə 3:1 hesabı ilə məğlub etdikləri görüşün də yenidən keçirilməsini qəbul etdiklərinin bildirib: “Biz buna da razıyıq. “Olimpik”lə razılığımız qeyri-rəsmi səviyyədə olunub. Bu komanda ilə iki yox, lap beş dəfə də oynamağa hazırıq. Bilirəm ki, bu, “Olimpik”in baş məşqçisi Əsgər Abdullayevin sözüdür. Qələbə qazandığımız ilk dövrədəki oyunda ciddi problem olmamışdı. Ancaq belədirsə, eybi yox, biz buna da razıyıq. Təki bu ləkə üzərimizdən götürülsün. Çünki “Fair play” qaydalarına riayət olunmamağı təkcə “Olimpik”ə yox, bütün Azərbaycan futboluna başucalığı gətirmir”.
“Bakı”nın vitse-prezidenti məsələnin həllini tapması üçün rəsmi müraciətin olunmasının vacibliyini qeyd edib: “Bunun üçün “Olimpik” bizə məktub göndərməlidir. Orada razılıq rəsmi şəkildə bildirilməlidir. Biz də “Olimpik”in təklifinə razı olduğumuzu bildirəndən sonra AFFA-ya, Peşəkar Futbol Liqasına müraciət edilməlidir. Bundan sonra məsələyə baxıb, qərar verilməlidir. Təkliflə bağlı “Olimpik”in prezidenti Rəsul Rəsulovla əlaqə saxlamağa çalışsaq da, hələ buna nail olmamışıq. Rəsulov telefon zənglərimizə cavab vermir. “Olimpik”in prezidentinin imzası ilə rəsmi məktubu gözləyirik”.
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev isə apasport.az saytına açıqlamasında hadisələri qabaqlamamağı məqsədəuyğun sayıb: “Oyunun yenidən keçirilməsi ilə bağlı məktub almamışıq. Qoy müraciət gəlsin, bundan sonra baxarıq. Rəsmi müraciət almamış fikir, məsələyə münasibət bildirə bilmərəm”.
Qeyd edək ki, “Olimpik” Azərbaycan Premyer Liqasının son turunda “Bakı” ilə “Şəfa” stadionunda keçirilən oyunda (2:1) hesabı “Fair play” qaydalarını pozaraq bərabərləşdirib.

0
0