Neslihan Dəmir də “Olimpik”ə “gülür” - FOTO
09.04.2009 - 23:01
Neslihan Dəmir də “Olimpik”ə “gülür” - FOTO
Azərbaycan Premyer Liqasının XX turunda “Olimpik” – “Bakı” matçında baş verən rüsvayçılıq hələ də müzakirə olunmaqdadır. Apasport.az saytının məlumatına görə, məşhur türkiyəli voleybolçu Neslihan Dəmir də görüşdə yaşanan xoşagəlməz olayla bağlı mövqeyini bildirərkən, “Bakı” klubunu müdafiə edib.

Azərbaycan klubları arasında yalnız "Bakı"nı dəstəklədiyini bildirən Neslihan, həmçinin deyib ki, ölkəmizdən təklif gələcəyi halda, bunu böyük məmnuniyyətlə qəbul edəcək.

Xatırladaq ki, “Olimpik” – “Bakı” oyununda meydan sahibləri “Fair Play” qaydalarını pozmaqla, bərabərlik topunu vurublar və bu, rəqib komandanın, eləcə də, futbol ictimaiyyətinin böyük etirazına səbəb olub.
Mənbə: bakifc.az
0