Artim Şakiri: Milli komandanın baş məşqçisi olacağam
10.04.2009 - 14:57
“Mən Makedoniya milli komandasının baş məşqçisi olacağam. Amma indi yox”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ağdamın “Qarabağ” klubunun futbolçusu Artim Şakiri deyib.
Makedoniya yığmasının baş məşqçisi Sreçko Katanetsin istefasından sonra adının bu posta namizədlər sırasında yer almasına münasibət bildirən 36 yaşlı makedoniyalı yarımmüdafiəçi “Qarabağ”ın rəsmi saytına açıqlamasında karyerasını bitirməyə tələsmədiyini bildirib: “Katanetsin istefasından sonra adımın baş məşqçi postunda çəkilməsi haqqında məlumatlar doğrudur. Amma hələ ki, milliyə görə futbolu atıb məşqçiliyə başlamaq fikrim yoxdur. Ölkəmdən mənə zəng vurmuşdular. Dedim ki, karyeramı bitirdikdən sonra millidə işləməyə hazıram. İlin sonuna qədər klubumla müqaviləm var”.
Qeyd edək ki, Şakiri Premyer Liqada keçirdiyi 16 oyunda 888 dəqiqə meydanda olub və 5 qol vurmaqla yanaşı, 2 məhsuldar ötürmə verib.

0
0