Ponomaryov üçün “Neftçi” yubileyi
11.04.2009 - 12:29
Azərbaycan Premyer Liqasının XXI turu “Xəzər-Lənkəran” klubunun baş məşqçisi İqor Ponomaryov üçün əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, bir vaxtlar heyətində çıxış etdiyi “Neftçi” ilə qarşılaşacaq yetirmələri 49 yaşlı mütəxəssisin yubiley oyununa çıxacaq. Belə ki, Ponomaryov indiyədək Azərbaycan klublarını 49 oyuna çıxarıb. 50-ci yubiley matçı sabiq komandası ilə duelə təsadüf edəcək mütəxəssis əvvəlki qarşılaşmalarda iki komandaya – “Qarabağ” və “Xəzər-Lənkəran”a rəhbərlik edib.
Qeyd edək ki, bu görüşlərdə mütəxəssisin yetirmələri 30 qələbə qazanıb ki, onlardan ikisi texniki nəticə olub. “Qarabağ” Ponomaryovun rəhbərliyi altında “Şəfa” ilə baş tutmayan və “Karat”la yarımçıq qalan matçlara görə 3xa l əldə edib.

mövsüm | komanda | turnir | O | Q | H | M | T | X |
2004/05 | “Qarabağ” | UEFA kuboku | 2 | 0 | 0 | 2 | 0-4 | 0 |
2004/05 | “Qarabağ” | Premyer Liqa | 34 | 22 | 5 | 7 | 58-28 | 71 |
2004/05 | “Qarabağ” | Azərbaycan kuboku | 4 | 3 | 0 | 1 | 12-5 | 9 |
2008/09 | “Xəzər-Lənkəran” | Premyer Liqa | 7 | 5 | 2 | 0 | 15-1 | 17 |
2008/09 | “Xəzər-Lənkəran” | Azərbaycan kuboku | 2 | 0 | 1 | 1 | 2-3 | 1 |
|
| Cəmi | 49 | 30 | 8 | 11 | 87-41 | 98 |
0
0