“Sadıqov “Beşiktaş”la oyunda səhvsiz oynayıb”
11.04.2009 - 13:18
“Kocaelispor”da forma geyinən Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov Türkiyə mətbuatının gündəmindən düşmür. Apasport.az saytının məlumatına görə, Superliqada qalmaq uğrunda mübarizə aparan İzmit təmsilçisinin 27 yaşlı müdafiəçisi mövsümdə ikinci dəfə “qazandığı” penaltidən sonra daha da məşhurlaşıb.
“Kocaelispor”un “Beşiktaş”la oyununda qonaqların hesabı bərabərləşdirməsində və sonda 3:1 hesabı ilə qalib gəlməsində böyük rolu olan bu penalti də türkiyəlilərin Rəşad haqda fikrini dəyişməyib. Müdafiəçimizin Superliqadakı oyunundan həmişə razı qalan həmkarlarımız “Beşiktaş”la görüşdə də Sadıqovda qüsur tapmayıb. Hətta istanbulluların internet saytları da həmyerlimizi tərifə layiq bilib: Penalti matç boyu səhvsiz oynayan Rəşad Sadıqovun topa əllə toxunmasına görə təyin olundu.
Oyunu səhvsiz keçirən futbolçumuz və komandanın qapıçısı Sərdar Kulbilgə də “Beşiktaş”lıların qanını qaraltmışdı: Birinci hissədə “Beşiktaş” oynaya bilmədi. “Kocaelispor”un arxa xətti onlara imkan vermədi. Sadıqov, xüsusilə də Kulbilgə fərqlənirdi.
Türk həmkarlarımız müdafiəçimizin əməyini lazımınca qiymətləndirib. Belə ki, futbolçuların meydandakı işini qiymətləndirən həmkarlarımız Rəşada iki ulduza layiq bilib. Bu isə matçda hər iki komandanın oyunçuları üçün ən yüksək qiymət olub.
Futbolçuların yarıdan çoxuna “iki”, digərlərinə “bir” verən türkiyəlilər Rəşadı da yaxşılar sırasına daxil edib.
Qeyd edək ki, “Kocaelispor”un “Kayserispor”a 1:2 hesabı ilə uduzduğu oyunda da Sadıqovun əllə topa toxunması məğlubiyyətə aparan penaltiyə səbəb olmuşdu.

0
0