Azərbaycanda oynamış futbolçunun xanımının sekslə bağlı məsləhətləri
14.04.2009 - 15:22
Azərbaycanda oynamış futbolçunun xanımının sekslə bağlı məsləhətləri
Xorvatiyalı futbolçu Dino Drpiçin həyat yoldaşı, topmodel Nives Selsiusun Almaniyanın məşhur “Bild” qəzetində köşə yazısı dərc olunub. Apasport.az saytının məlumatına görə, müğənnilik də edən seks-simvol xüsusilə qadınlar üçün maraqlı sayıla bilər. Çünki Selsiusun məqaləsi “Futbolçunu özünüzə necə bağlaya və evlənə bilərsiniz” mövzusundadır. 27 yaşlı gözəlçənin yazısı o qədər maraqlı olub ki, məqalə tezliklə fransız, alman, türk və başqa dillərə tərcümə edilib.

Beləliklə, Selsiusun sekslə bağlı məsləhətləri aşağıdakılardır:

1. Bir futbolçu ilə eşq macərası yaşadıqdan sonra qətiyyən digərinin yanına getməyin. Əgər bir futbolçunu evlənməyə məcbur etməsəniz, digərində işiniz daha ağır olacaq. Futbolçular arasında böyük dostluq əlaqəsi var.

2. Heç bir görüşdə pul ödəməyin. Onlar çox pul qazanır və qadınlara pul xərcləməkdən xoşlanırlar. Bunu əsasən gənclər edirlər. Qoyun pulu o, ödəsin.

3. Bütün sirlərinizi açmayın. Mütləq nəyisə gizli saxlayın. Əks təqdirdə, həmin futbolçu sizi tamamilə kəşf etdikdən sonra buraxıb, başqasına gedər.

4. Heç zaman onu sorğu-suala tutmayın. “Harada idin, saat neçədir, kiminlə idin, niyə gec gəldin” kimi şeyləri soruşmayın. Onlar gəncdirlər və bir az da sərbəst yaşamağa ehtiyacları var.

5. Ağır oyunlardan öncə onu yormayın. Yaxşı davranın, sevginizi göstərin. Futboldan anlamaya çalışın. Uduzduğu oyundan sonra onu ən yaxşı rahatlandıracaq şey gözəl bir seksdir.

6. Seks həyatınız möhtəşəm olmalıdır. Seks idmançılar üçün gərəklidir. Qətiyyən sizdən sıxılmasın.

7. Dərhal evlilik və uşaq məsələlərinə toxunmayın. Onu özündən çıxararsınız. Futbolçular evlənərkən sanki qadınlara bir yaxşılıq etdiklərini və başına xoşbəxtlik quşu qonduqlarını düşünürlər. Bu, çox doğru olsa da, bunu büruzə verməyin. İstəkli görünməyin.

8. Onu həmişə düşündüyünüzü göstərin. Amma axmaqlıq edib, həddindən artıq yumşaqlıq etməyin. Verdiyi bahalı hədiyyələri qətiyyən rədd etməyin. Ancaq siz də ona ucuz şeylər ala bilərsiniz.

Qeyd edək ki, Almaniya Bundesliqasında mübarizə aparan “Karlsrue”nin şərəfini qoruyan Drpiç iki il öncə Azərbaycanda olub. Dino 2007-ci ilin iyulunda Çempionlar Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Zaqreb “Dinamo”sunun heyətində “Xəzər-Lənkəran”la oyunlarda iştirak edib.
0