"Fənərbaxça"nın futbolçusu mövsümü başa vurdu
23.10.2024 - 17:17
"Fənərbaxça"nın futbolçusu mövsümü başa vurdu

Türkiyə Super Liqa təmsilçilərindən "Fənərbaxça"nın futbolçusu Ceydon Ostervolde mövsümü başa vurub.

Apasport.az xəbər verir ki, bu barədə UEFA Avropa Liqasının Liqa mərhələsində İngiltərənin "Mançester Yunayted" komandası ilə keçirəcəkləri oyundan əvvəl jurnalistlərin suallarını cavablandıran  İstanbul təmsilçisinin baş məşqçisi Joze Mourinyo məlumat verib.

Portuqaliyalı mütəxəssis 23 yaşlı müdafiəçinin zədəsinin ciddi olduğunu bildirib:

"Optimist deyiləm. Onun bu mövsüm oynayacağını düşünmürəm. Mövsüm onun üçün bitdi. Mayın əvvəlində oynamaq şansı olsa, sürpriz olar".

Qeyd edək ki, Ceyden Osdervolde ötən həftə "Samsunspor"la matçda zədələnib. 

0