“O, qızlar üçün çox gözəldir”
15.04.2009 - 12:06
“O, qızlar üçün çox gözəldir”
Almaniya Bundesliqasının seks simvoluna çevrilən Nives Selsius mətbuatın gündəmindən düşmür. Apasport.az saytının məlumatına görə, “Karlsrue”nin xorvatiyalı futbolçusu Dino Drpiçin həyat yoldaşı indi də alman klublarının rəhbərlərinə ağıl öyrətməyi zəruri sayıb.

Gözəlçə yay transfer pəncərəsində kimlərin Bundesliqaya keçməli olduğunu açıqlayıb: “Almaniya çempionatında gözəl futbol var. Amma bu heç də hər şey demək deyil. Biz qadınlar bundesliqaya daha çox seksual futbolçuların gəlməyini istəyirik. Mənim köməyim lazımdırsa, öz namizədlərimi deyə bilərəm: Mario Mahcukiç, Rafael van der Vart, Canluici Buffon, Kristof Metzelder, Xrvoye Kale. Sonuncunu tanımırsınız? Tezliklə tanıyarsınız. O qızlar üçün çox gözəldir”.

Qeyd edək ki, Kale Türkiyənin “Trabzonspor” klubunda çıxış edir.
0