Milli komandamız gürcüləri yenə üstələdi
15.04.2009 - 15:34
Milli komandamız gürcüləri yenə üstələdi
Azərbaycan milli komandası növbəti yoxlama oyununu keçirib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, Avropa çempionatının ikinci seçmə mərhələsinə hazırlaşan 19 yaşadək qızlardan ibarət yığmamız Tofiq Bəhramov adına Respublika stadionunda gürcüstanlı həmyaşıdlarını sınağa çəkib.

İki gün əvvəl qonaqların qapısına iki cavabsız qol vuran millimiz bu günkü qarşılaşmada minimal hesabla qalib gəlib. Oyundakı yeganə qolun müəllifi Anna Ələkbərova olub. Futbolçu aprelin 13-də baş tutan oyunda da gürcülərin qapısına yol tapmışdı.
Qeyd edək ki, yığmamız seçmə oyunlarında Fransa, Portuqaliya və Uelslə mübarizə aparacaq.
0