Ən zəif, ən güclü, ən etibarlı və ən inamsız qapıçılar - ARAŞDIRMA
15.04.2009 - 15:48
Ən zəif, ən güclü, ən etibarlı və ən inamsız qapıçılar - ARAŞDIRMA
Azərbaycan çempionatlarının ən yaxşı və ən pis, ən etibarlı və ən inamsız qapıçıları müəyyənləşib. Apasport.az saytının 1992-2009-cu illəri əhatə edən dövr üçün apardığı hesablamalar qapıçılarla bağlı suallara aydınlıq gətirib.

Premyer Liqanın 17 mövsümü ərzində ən çox oyun keçirən, hamıdan çox top buraxan əlcək sahiblərinin, həmçinin orta göstəricisinə əsasən hamıdan öndə və arxada olanların kimliyi də məlum olub. Təbii ki, bu hesablamalar müəyyən standartlar çərçivəsində aparılıb. İlk növbədə qeyd edək ki, yarımçıq qalan 2001/02 mövsümünün nəticələri, həmçinin cari çempionatın arxada qalan 21 turunun göstəriciləri də qapıçıların hesabına daxil edilib.

1992-ci ildən bu günə kimə 100-dən artıq futbolçu komandasının qapısını qorumalı olub. Onlar arasında 1-2 oyun keçirən, maksimum yarım mövsüm Premyer Liqada çıxış edənlər də olub, çempionatlar boyu qapıda dayananlar da. Lakin onların keçirdiyi matç sayını nəzərə almadan kimin daha çox qol buraxması böyük maraq doğurur. Əslində, bu düzgün yanaşma deyil. Ona görə ki, məsələn hansısa qapıçı 1 oyuna 4, digəri 10 oyuna 5 top buraxa bilər. Yalnız buraxılan toplara baxanda, birinci qolkiper daha yaxşı təsir bağışlayır. Reallıqda bu, belə olmasa da. Amma istənilən halda, kimin daha çox qol buraxmasını bilmək maraqlı olardı.

Hal-hazırda Azərbaycan milli komandası və Bakının “Neftçi” klubunun qapıçılarla işləyən məşqçisi Faiq Əzizov Premyer Liqa tarixinin ən çox qol buraxan əlcək sahibidir. Karyerasının ən yaxşı vaxtları Bakının “İnşaatçı” və “Xəzri” klubları ilə bağlı olan qolkiper indiyədək 200-dən çox qol buraxan 3 qapıçıdan biridir. Belə ki, hazırda “Karvan”da oynayan məşqçi olan Nadir Şükürov və Bərdənin “Pambıqçı” kubunda oynamış Rövşən Əliyev də 200-cü yubiley qolunun üzüntüsünü görüb.

İndiyədək 100-dən çox qol buraxan qapıçıların sayı isə 29-a bərabərdir. Onlar arasında yeganə legioner rusiyalı Tamerlan Məcidovdur ki, “Şahdağ”ın sabiq futbolçusu 116 qol buraxıb.

yer

qapıçı

Buraxılan qollar

1

Faiq Əzizov

-224

2

Nadir Şükürov

-215

3

Rövşən Əliyev

-209

4

Nizami Sadıqov

-188

5

Vitali Kovalyov

-186

6

Elşən Poladov

-181

7

Cahangir Həsənzadə

-179

8

Vladimir Kopeykin

-179

9

Elşad Tahirov

-176

10

Tomis Əsədov

-166



Azərbaycan çempionatında çıxış edən və etmiş qapıçıların oyun sayını da bilmək maraqlıdır. Amma bunun üçün qolkiperlərin keçirdiyi matçları deyil, onların qapıda dayandığı qarşılaşmaları nəzərə almaq zəruridir. Belə ki, Azərbaycan birincilikləri tarixində qapıçının sahə oyunçusu kimi oynadığı və ya əks proses yüzə yaxın halda müşahidə olunub. Elə bu səbəbdən də məhz onların öz işi ilə məşğul olduğu görüşlər hesablanmalıdır.

Bu məntiqlə “Olimpik”in qapıçısı Rauf Mehdiyev Premyer Liqada qapıda keçirdiyi oyunların sayına görə rekordçudur. Hərçənd, ümumi göstəricidə Nizami Sadıqov ondan öndədir. Lakin “Turan”ın sabiq qapıçısı, hazırda “Qarabağ”da məşqçi işləyən Sadıqov 26 dəfə oyunçu və 222 dəfə qolkiper kimi meydana çıxıb. Ümumilikdə, 5 futbolçu 200-dən çox oyunda qapını qorumalı olub. 100 həddini aşanların sayı isə 19-dur. Sadıqovdan başqa, apasport.az saytının hesablamalarında adı çəkilən Hüseyn Məhəmmədov, Elşən Poladov, Fərhad Vəliyev hərəyə 1, Rauf Salamov 2, Mahir Mirzağayev isə 4 qarşılaşmada qapıçı ampluasında oynamadığından, hesablamalarda həmin görüşlər nəzərə alınmayıb.

Əcnəbi qapıçılar arasında 100 oyun həddini aşan yoxdur. Belə ki, ən çox matç keçirən Xalidu Sissoko hələlik cəmi 78 qarşılaşmada çərçivəni qoruyub.

yer

qapıçı

oyun

1

Rauf Mehdiyev

230

2

Hüseyn Məhəmmədov

223

3

Nizami Sadıqov

222

4

Nadir Şükürov

214

5

Elxan Həsənov

203

6

Faiq Əzizov

176

7

Vitali Kovalyov

173

8

Cahangir Həsənzadə

168

9

Camaləddin Əliyev

164

10

Elşən Poladov

160



Qapıçıların buraxdığı ümumi qolların sayı ən yaxşı və ən pisi müəyyənləşdirmədiyindən orta göstəricilərə baxmaq vacibdir. Belə olan halda, şərti olaraq bir rəqəm götürüb, həmin saydan çox oyun keçirənlər və ya qol buraxanların nəticələrinə baxaq. Çünki, məsələn, 6 qarşılaşmada qol buraxmayan qapıçının 120 oyunda 100 top buraxandan güclü olduğunu demək yanlışlıq olar. Ona görə də 17 illik çempionatlar tarixində 100-dən artıq oyun keçirən və ya 100-dən çox qol vuranların siyahısına baxaq. Belə qapıçıların sayı 29-dur. Və məhz bu futbolçuların orta göstəricilərini müqayisə etməklə, ən etibarlı qapıçını müəyyənləşdirmək olar. Onlardan yalnız 6-nın keçirdiyi oyunların sayı buraxdığı qollardan çoxdur ki, bu da hər matça 1 topdan az buraxılması deməkdir. Birinci pillədə isə “İnter”ın qapıçısı, “Neftçi” və yığmadakı çıxışları ilə tanınan Elxan Həsənov qərarlaşıb. “Standard”da oynayan Hüseyn Məhəmmədov və “Olimpik”li Rauf Mehdiyev də ilk “üçlük”də yer alıb.

yer

Qapıçı

Orta qol

qol

oyun

1

Elxan Həsənov

-0,68473

-139

203

2

Hüseyn Məhəmmədov

-0,69058

-154

223

3

Rauf Mehdiyev

-0,6913

-159

230

4

Camaləddin Əliyev

-0,79878

-131

164

5

Nizami Sadıqov

-0,84685

-188

222

6

Rauf Salamov

-0,98039

-150

153

7

Nadir Şükürov

-1,00467

-215

214

8

Etibar Tarıverdiyev

-1,02239

-137

134

9

Cahangir Həsənzadə

-1,06548

-179

168

10

Vitali Kovalyov

-1,07514

-186

173



Hazırda Premyer Liqanın ən yaxşı qapıçılarından sayılan Xalidu Sissoko (“Bakı”), Dmitri Kramarenko, Kamran Ağayev (hər ikisi “Xəzər-Lənkəran”) və Vladimir Miçoviç (“Neftçi”) 100-dən az oyunda meydana çıxdığı üçün müqayisəyə qatılmayıb. Hərçənd, bu 4 qapıçının hər biri Premyer Liqanın ən etibarlı qapıçısı olan Elxan Həsənovdan daha yüksək göstəriciyə malikdir. Belə ki, Xalidu və Dima az qala iki oyundan bir top buraxır. İndi onlar bu göstəricilərini 100-cü oyununadək qorumağa borcludur ki, siyahıya başçılıq etsinlər.

yer

qapıçı

Orta qol

qol

oyun

1

Xalidu Sissoko

-0,50667

-38

75

2

Dmitri Krama renko

-0,51136

-45

88

3

Vladimir Miçoviç

-0,62025

-49

79

4

Kamran Ağayev

0,68333

41

60



Orta göstəricisi hesablanan 29 qapıçı arasında ən zəiflərini də ayırd etmək çətin deyil. 100 və daha çox qol buraxan qolkiperlərin 19-nun oyun sayı da üç rəqəmlə ifadə olunursa, deməli digər 10 futbolçu 100-dən az matç keçirib. Elə məhz bu qapıçıların orta göstəriciləri həm oyun, həm qol sayında 100-ü keçənlərdən aşağıdır. Yalnız Rövşən Əliyev bu mənada istisna təşkil edir. Bir neçə il əvvəl 41 yaşında ABN-lə futbola qayıdan qapıçı 100 oyun səddini aşanlar arasında yeganə əlcək sahibidir ki, ən etibarsızlar arasında qərarlaşıb.

Ən çox qol buraxan Faiq Əzizov isə daha obyektiv olan bu cür hesablamada 29 qapıçı arasında 15-ci nəticəyə malikdir. O, həm güclü, həm də zəiflər arasında 14 nəfərdən geri qalır. Heç 50 dəfə də meydana çıxmayan, lakin 100-dən artıq qol buraxanlar – Rəşad Mustafayevlə Mahir Mirzağayev ilk sıralarda yer alıb. Bir çox klubların formasını geyinən Rəşadın da, “Şahdağ”da oynamış Mahirin də hər matçda 2,5-dən artıq top buraxıb. Üçüncü olan Neftçala “Pambıqçı”sının qapıçısı Füzuli Həsənovun da ikidən çox qol buraxması adi hal olub.

Hazırda Premyer Liqada oynayanlardan Tariyel Hüseynov (“Bakılı”), Davud Kərimi (“Turan”) və Sahil Kərimov (“Qarabağ”) ən zəif 10 qapıçı sırasında yer alıb. 29 qapıçı arasında olan yeganə legioner Məcidov isə sıralamanın 6-cı pilləsindədir.

Şərti olan “100” rəqəmini nəzərə almamaqla isə tam fərqli mənzərənin şahidi olmaq olardı. Məsələn, hazırda karyeralarını davam etdirən Anar Nəzirovla (-1,72917), Vəli Qafarov (-2,73037), ən zəif legionerlərdən olan Saliou Diallo (-1,68) az oyun keçirdiyi üçün siyahıdan kənar qalıb. Onların 100-ə - istər oyun, istər qol sayında – çatana qədər vəziyyətin dəyişib-dəyişməyəcəyini iddia etmək belə çətindir. Əslində, bu tip nəticələrə çox təsadüf olunub. Məsələn, “Şəmkir”in sabiq qapıçılarından olan Bəxtiyar Məmmədov oynadığı yeganə mövsümdə cəmi 14 görüşdə meydana çıxsa da 76 top (-5,42857) və ya “Avtomobilçi”də çıxış edən Ceyhun Mirzəyevin 14 matçda 61 dəfə (-4,35714) məyus olmasını qeyd etmək olar ki, belə nümunələr çox olub.

yer

qapıçı

Orta qol

qol

oyun

1

Rəşad Mustafayev

-2,57447

47

-121

2

Mahir Mirzağayev

-2,55102

49

-125

3

Füzuli Həsənov

-2,26786

56

-127

4

Tariyel Hüseynov

-1,8209

67

-122

5

Davud Kərimi

-1,68354

79

-133

6

Tamerlan Məcidov

-1,65714

70

-116

7

Anar Bayramov

-1,61176

85

-137

8

Eldəniz Hüseynov

-1,54639

97

-150

9

Rövşən Əliyev

-1,51449

138

-209

10

Sahil Kərimov

-1,51316

76

-115



Qapıçılar mövzusundan bəhs edərkən “quru” seriyalara da toxunmaq vacibdir. Lakin bu göstəricidə 10 yox, 13 nəticəni qeyd etmək lazımdır. Çünki məhz bu qədər göstərici nüfuzlu Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) sıralamasına daxil olub. Ən azı 660 dəqiqəlik seriyaların siyahısını tərtib edən qurum 9 qapıçının Premyer Liqadakı nəticələrini qəbul edib. Bu futbolçulardan 4-ü – Xalidu Sissoko, Rauf Mehdiyev, Camaləddin Əliyev və Dmitri Kramarenko hərəyə iki dəfə fərqlənib. Çempionatın rekordu isə Sadıqova məxsusdur.

yer

qapıçı

Dəqiqə

1

Nizami Sadıqov

1106

2

Xalidu Sissoko

985

3

Xalidu Sissoko

971

4

Camaləddin Əliyev

958

5

Elxan Həsənov

943

6

Dmitri Kramarenko

798

7

Dmitri Kramarenko

772

8

Rauf Mehdiyev

746

9

Elşən Poladov

744

10

Nadir Şükürov

741

11

Aleksandr Martyoşkin

735

12

Camaləddin Əliyev

700

13

Rauf Mehdiyev

676

0