Devid Bekhemə aid kitab da yazıldı - FOTO
15.04.2009 - 16:26
Devid Bekhemə aid kitab da yazıldı - FOTO
İngiltərə milli komandasının və “Milan”ın futbolçusu Devid Bekhem haqqında kitab yazılıb. Apasport.az saytının məlumatına görə, kitabı ABŞ-da yayımlanan “Sports Illustrated” jurnalının yazarı Qrant Uol qələmə alıb. “Bekhem təcrübəsi” adlanan kitabda əsasən futbolçunun transfer hüquqlarının məxsus olduğu “Los Anceles Qalaksi” klubu rəsmilərinin və komanda yoldaşlarının müsahibələri yer alıb.

Nəşrdə 34 yaşlı yarımmüdafiəçinin 2007-ci ildə 250 milyon dollar müqabilində “Los Anceles Qalaksi”yə transferinə toxunulub. Bundan başqa, ingilis futbolçunun şəxsi həyatından da söz açılıb. Onun həyat yoldaşı Viktoriya ilə yaşayışı, həmçinin məşhur aktyor Tom Kruzla dostluğu barədə də kitabda oxumaq mümkündür.
0