Ukrayna parlamentinin azərbaycanlı deputatı “Kremen” futbol klubunu himayəyə götürüb
15.04.2009 - 16:28
Ukrayna parlamentinin azərbaycanlı deputatı “Kremen” futbol klubunu himayəyə götürüb
Ukraynanın baş naziri Yuliya Timoşenkonun blokundan deputat seçilmiş azərbaycanlı iş adamı Oleq Babayev Kremençuq şəhərinin “Kremen” futbol klubunu maliyyələşdirir. Klubun direktoru Andrey Nedyak APA-nın Kiyevdəki müxbirinə bildirib ki, O. Babayevin sayəsində klub dirçəlməyə başlayıb, oyunçular daha keyfiyyətli meydanda məşq etməyə başlayıblar, onlar üçün yeni formalar, ayaqqabılar və digər ləvazimatlar alınıb. Bütün bu yardımlardan sonra “Kremen” Ukrayna ikinci futbol liqasına yüksəlib. A. Nedyak hazırda klubun uşaq və yeniyetmələrdən ibarət komandalarının da yaradıldığını, orada 1992-2000-ci il təvəllüdlü istedadların məşq etdiyini deyib: “Deputatın yardımları sayəsində yerli veterenlar komandası da yaradılıb. Klubumuzun kollektivi şəhərimizdə idmanın və futbolun inkişafına göstərdiyi yardıma görə Oleq Babayevə minnətdardır”.
0