“Rusiyanın himni Azərbaycanda bütöv səslənə bilməz”
15.04.2009 - 16:59
AFFA-nın baş katibi Elxan Məmmədovun apasport.az saytına müsahibəsi
- AFFA-nın həyətində “Fan shop” açılması planlaşdırılıb. Bu idman mağazasını açmaq zərurəti necə yarandı?
- Əsas məqsədimiz Azərbaycan futbol həvəskarlarına milli komandalarımızın geyimlərini almaq üçün şərait yaratmaqdır. İndiki proses çox çətindir. Hansısa azarkeş yığmanın formasını və ya atribut almaqdan ötrü AFFA-ya gəlməli, burada mühasibatlığa pul ödəməli, daha sonra Marketinq Departamentindən həmin malı götürməlidir. Düzü, bu proses bizə uyğun deyil. Çünki biz son 1 ildə müasir idarəetmə sisteminə keçməyə çalışırıq və artıq bəzi məsələlərdə buna nail olmuşuq. Bunu nəzərə alaraq qərar qəbul etdik ki, AFFA-nın həyətində “Fan shop” açaq. “Fan shop”da U-15-dən tutmuş əsas milli komandayadək bütün yığmalarımızın geyimləri, atributları satılacaq. Eyni zamanda, uşaqlar və böyüklər üçün toplar, AFFA-nın aksessuarları - saatlar, qələmlər, bloknotlar, dəftərlər, breloklar satışa çıxarılacaq. “Fan shop”un iki həftədən sonra fəaliyyətə başlamasını nəzərdə tutmuşuq. Bundan sonra futbol həvəskarları mağazada sərbəst şəkildə istədiklərini ala biləcəklər. Ümidvarıq ki, “Fan shop”un açılması azarkeşlərdə böyük maraq doğuracaq və Azərbaycan futbolunun, o cümlədən milli komandanın təbliğatına böyük təkan verəcək.
- “Fan shop”da satılacaq malların keyfiyyəti barədə nə deyə bilərsiniz? Mağazaya gətiriləcək formalar hara istehsalı olacaq?
- Geyimlər “Umbro”, toplar isə “Adidas” firmasına məxsus olacaq. Bildiyiniz kimi, “Umbro” İngiltərə yığmasının da sponsorudur. Milli komandamızın üzvlərinin geyimi keyfiyyət baxımından ingilis futbolçuları ilə eyni səviyyədədir. Bizə əsasən mallar Finlandiyadan və Rusiyadan gətirilir.
- Azarkeşlərdən söz düşmüşkən, martın 28-də Moskvada keçirilmiş Rusiya - Azərbaycan matçında AFFA rəhbərliyi fanatlara böyük diqqət göstərərək, onları pulsuz biletlə təmin etmişdi. Bəs siz necə, azərbaycanlı azarkeşlərin dəstəyindən razı qaldınızmı?
- Təbii ki, “Lujniki” stadionuna gəlmiş 6-7 min soydaşımızın dəstəyi çox lazım idi. Biz ümid edirdik ki, oyuna daha çox azərbaycanlı azarkeş gələcək. Ancaq təəssüf ki, milli komandamızı 6-7 min insan dəstəklədi. Onlara AFFA rəhbərliyi adından minnətdarlığımızı bildiririk. Açığı, “Lujniki”yə 55 min bilet satıldığını eşidəndə, bunun 15 minini azərbaycanlı azarkeşlərin aldığını düşündük. Lakin 15 min yox, yalnız 7 minədək azarkeş yığmamıza dəstək göstərdi. Soydaşlarımızın oyun cəlb olunmasında göstərdikləri köməyə görə, Azərbaycanın Rusiyadakı səfirliyinə, Rusiya Azərbaycanlıları Konqresinə, eləcə də Rusiyada fəaliyyət göstərən “Buta” incəsənət mərkəzinə minnətdarıq.
- Milli komandamız növbəti oyununu da səfərdə keçirəcək. AFFA rəhbərliyi Türkiyə yığması ilə Kayseri şəhərində keçiriləcək yoldaşlıq görüşündə də azərbaycanlı azarkeşlərə xoş sürpriz edəcək? Nəzərə almaq lazımdır ki, Türkiyədə də çoxlu soydaşımız yaşayır...
- Şübhəsiz ki, qardaş ölkə ilə oynamaq həmişə böyük həvəslə qarşılanır. Amma türklərlə oyun yoldaşlıq matçı olduğundan, bu dəfə azarkeşlərə təmənnasız bilet alınması nəzərdə tutulmayıb.
- Moskvada olduğu kimi, Kayseridə də azərbaycanlı fanatlara dövlət bayraqlarımızın paylanacaqmı?
- Bəli. Bayraqları aparıb, orada yığmamızın azarkeşlərinə paylayacağıq. Rusiyaya ümumilikdə 800-dən çox bayraq aparmışdıq. Türkiyəyə isə yəqin ki, bundan az bayraq aparılacaq.
- Yığmamız indiyədək rəsmi və yoldaşlıq görüşlərində Türkiyəyə qalib gələ bilməyib. Necə hesab edirsiniz, sindromu bu dəfə qırmaq mümkün olacaq?
- Sindromu qıracağımıza ümid edirik. Qarşıdakı oyun həm Türkiyə, həm də Azərbaycan komandası üçün yaxşı bir hazırlıq matçıdır. Fikrimcə, məşqçilər və futbolçular özlərini yoxlamalıdırlar. Bəlkə də yeni bir taktikanı sınaqdan keçirmək olar. Türkiyə ilə oyun iyunun 6-da Uelsə qarşı keçirəcəyimiz rəsmi matça hazırlığa, həmçinin futbolumuzun təbliğatına xidmət edəcək.
- Rusiya ilə görüşdə himnimizin yarımçıq səsləndirilməsi narazılığa səbəb oldu. Demək olarmı ki, oktyabrın 14-də Azərbaycanda keçiriləcək cavab görüşündə biz də Rusiyanın himnini yarımçıq səsləndirəcəyik?
- Himn məsələsini oyun günü, martın 28-də səhər FİFA və UEFA-nın təşkil etdiyi Rusiya Futbol İttifaqı rəsmiləri ilə görüşdə müzakirə etdik. Daha sonra himnlər dinlənildi. Ümumiyyətlə, beynəlxalq qaydaya əsasən, oyunun əvvəlində səsləndirilən himnlər 2 dəqiqədən çox olmamalıdır. Rusiyanın himni 4 dəqiqədən 1 dəqiqə 26 saniyəyədək azaldıldı. Bizim himnimiz isə 2 dəqiqə 20 saniyədən 1 dəqiqə 16 saniyəyə salındı. Beynəlxalq miqyasda bu təcrübədən çox istifadə edilir. Əgər Rusiya və Azərbaycan himnləri tam səslənsəydi, futbolçular təxminən 7 dəqiqə soyuq hava altında durmalı idilər. Həm də canlı yayım 7 dəqiqə əvvəl başlamalı idi. Buna görə də FİFA və UEFA tövsiyə edir ki, himnlərin qısa variantı hazırlansın. Oktyabrda Rusiya yığmasını qəbul etdiyimiz zaman yenə hər iki ölkənin himni qısaldılacaq.
- Axı, Bakıdakı beynəlxalq oyunlarda himnimiz həmişə bütöv səsləndirilib. Yəni, indiyədək himnimiz yarımçıq səsləndirilməyib. Hətta ötən ilin sentyabrında Lixtenşteynlə oyun zamanı da himnimiz xor tərəfindən tam oxunuldu.
- Çalışacağıq ki, Rusiya ilə görüşdə himnimiz əvvəldən axıradək səsləndirilsin. Qonaq komandanın himni isə uzun olduğundan, 4 dəqiqə səslənə bilməz.
- Deməli rusların himni istənilən halda, qısaldılacaq. Bununla da, onlardan revanş çıxmış olacağıq...
- Digər ölkələrin himnləri onsuz da 2 dəqiqədir, onları qısaltmağa ehtiyac yoxdur. Amma Rusiyanın himni çox uzundur.
- Son vaxtlar gündəmi “Olimpik” - “Bakı” oyununda baş verənlər zəbt edib. Həmin matçda yaşanan olaylara sizin münasibətiniz necədir?
- Biz “Olimpik” - “Bakı” qarşılaşmasında “Fair play” qaydalarının pozulmasına çox mənfi baxırıq. Ədalətli oyun prinsiplərinə həmişə diqqət yetirmək lazımdır. Amma “Fair play” yazılmamış qanun olduğu üçün tərəfləri yenidən oynamağa heç kim məcbur edə bilməz. Bu təşəbbüs “Olimpik” və “Bakı”dan gəlməlidir.
- “Olimpik”in “Fair play” qaydalarını pozaraq, qol vurmasını necə qarşıladınız?
- Təəccübləndim. Düzü, belə olacağını heç gözləmirdim. Heyf ki, belə alındı. Təcrübə göstərir ki, “Fair play” qaydalarının pozulması beynəlxalq miqyasda da pis qarşılanır. Biz də buna mənfi hal kimi baxırıq.
- Tez-tez xarici ölkələrin futbol məmurları ilə danışırsınız. Təsadüfən onlar sizə ölkəmizdə “Fair play” qaydalarının pozulması faktından xəbərdar olduqlarını deməyiblər?
- Hələ ki, yox (gülür).
- Premyer Liqa və ölkə kuboku oyunlarından qeyri-müəyyən müddətə kənarlaşdırılan Babək Quliyev heç olmasa, beynəlxalq səviyyəli matçlar idarə edə biləcəkmi?
- Artıq FİFA və UEFA rəsmilərinin Quliyevin cəzalandırılması barədə məlumatları var. Quliyev AFFA-nın Ekspert və Apelyasiya Komitəsinə müraciət etmişdi. Onun şikayətinə baxılıb və Hakimlər Komitəsinin cəza qərarı qüvvədə saxlanılıb. Quliyevin beynəlxalq oyunları idarə edib-etməyəcəyini isə deyə bilmərəm. Bu haqda FİFA və UEFA məsələni aydınlaşdırdıqdan sonra danışmaq mümkündür.
- AFFA prezidenti Rövnəq Abdullayev totalizator oyunlarının leqallaşdırılacağını bildirib. Bu istiqamətdə aparılan işlər nə yerdədir?
- Əgər totalizator oyunları leqallaşarsa, bu, ölkə idmanına müsbət təsir göstərər. Hazırda AFFA, Vergilər, İqtisadi İnkişaf, Gənclər və İdman Nazirliyi və digər orqanların nümayəndələri tərəfindən birgə layihə hazırlanır. Layihə tam hazır olduqdan sonra müvafiq quruma təqdim ediləcək.
- Milli komandamızın baş məşqçisi Berti Foqtsla müqavilənin müddəti uzadılacaqmı?
- Foqtsla razılaşmanın vaxtı 2009-cu ilin dekabrına qədərdir. Hələlik bu məsələdən danışmaq tezdir. Çünki irəlidə 6 rəsmi matç var. Müqavilə məsələsi noyabrın sonlarında dekabrın əvvəllərində müzakirəyə çıxarılacaq. Foqtsun buradakı fəaliyyəti barədə fikir mübadiləsi aparılacaq və AFFA prezidenti, İcraiyyə Komitəsi lazımi qərarı verəcək.
- Futbol Akademiyasında işlər necə gedir?
- Biz akademiyada yeni sistem tətbiq edəcəyik. Akademiya ayın 2 həftəsi U-15-in ixtiyarında olacaq. Bu müddətdə U-15-in üzvləri həm futbolla, həm də elmlə məşğul olacaqlar. Hər həftəsonu uşaqlar evlərinə buraxılacaqlar. Kim uzaqda yaşayırsa, istirahət günlərində də akademiyada qala bilər. Ayın qalan 2 həftəsində akademiyada digər yaş qruplarından ibarət milli komandalarımız təlim-məşq toplanışı keçəcəklər. Beləliklə, U-15-in futbolçuları 2 həftə akademiyada, 2 həftə isə öz klublarının düşərgələrində olacaqlar. Qeyd edim ki, məşqçilərimiz mütəmadi olaraq, yeniyetmə futbolçu seçimi aparırlar. Bundan başqa, 2 ayda bir dəfə seleksiya günü olur. U-15-in üzvləri heç də arxayınlaşmamalıdırlar. Yeniyetmə futbolçu fikirləşməsin ki, mən akademiyaya daxil olmuşam və burada 1 il qalacağam. Həmin oyunçu özünü göstərməli, istedadını büruzə verməlidir. Son iki ayda akademiyadan 8 uşaq uzaqlaşdırılıb. Onlar məşq prosesində özlərini yaxşı göstərməyiblər, yaxud nizam-intizamı pozublar. Həmin uşaqların əvəzinə akademiyaya yeniləri gəlib. Ancaq bu o demək deyil ki, akademiyadan uzaqlaşdırılan futbolçular geri qayıda bilməzlər. Onlar fərqlənərək, yenidən akademiyaya dönə bilərlər. Bu, yeni sistemdir və inanıram ki, bunun tətbiqi çox effektli olacaq.

0
0