Bakıda qalmaqal salan məşqçi qovuldu
16.04.2009 - 10:17
Bakıda qalmaqal salan məşqçi qovuldu
Dünya çempionatının seçmə mərhələsinin Avropa zonasında çıxış edən daha bir milli komanda baş məşqçisiz qalıb. Apasport.az saytının məlumatına görə, Albaniya yığmasının çalışdırıcısı Ari Haan istefaya göndərilib.

2007-ci ilin dekabrından bu vəzifədə çalışan hollandiyalı mütəxəssis seçmə oyunlarındakı uğursuzluğun qurbanı olub. Belə ki, ötən il Portuqaliya ilə heç-heçə etməklə sensasiyaya imza atan Albaniya 7 oyundan 6 xal toplamaqla, qrupda sonuncudan əvvəlki yeri tutur. Albaniya yığmasının baş məşqçi kimi Bakıya gələn Haan ötən il noyabrın 19-da keçirilən yoxlama oyununda Azərbaycan milli komandası ilə 1:1 hesablı heç-heçə etmişdi. Həmin görüş zamanı mütəxəssis qalmaqal yaratmağa çalışması ilə “fərqlənmişdi”. Haan hakimlikdən narazı olduqları üçün yetirmələrinin fasilədən sonra meydana çıxmaq istəməməyinə, bu səbəbdən ikinci gec başlamağının səbəbkarlarından olub.

1974 və 1978-ci illərdə dünya çempionatının gümüş mükafatçısı olmuş Haan üç dəfə Çempionlar Kubokunu, iki dəfə Kuboklar Kubokunu, bir dəfə Superkubok, bir dəfə Qitələrarası kuboku, üç dəfə Hollandiya, üç dəfə Belçika çempionu olub.
0