“Qalatasaray”ın futbolçusu ilə savaşan müdafiəçi “Fənərbaxça”dan ayrılır - FOTO
16.04.2009 - 11:45
“Qalatasaray”ın futbolçusu ilə savaşan müdafiəçi “Fənərbaxça”dan ayrılır - FOTO
“Fənərbaxça”nın futbolçusu Dieqo Luqano komandadan ayrılmaq qərarına gəlib. Apasport.az saytının məlumatına görə, uruqvaylı müdafiəçi ötən həftə “Qalatasaray”la qalmaqallı matçdan sonra bu fikrə düşüb.

Braziliya mətbuatına açıqlama verən Luqano bunları deyib: “Düşünürəm ki, “Fənərbaxça”dan ayrılmaq zamanı çatıb. Bunun həm mənim, həm də hamı üçün yararlı olacağını fikirləşirəm”.

29 yaşlı legioner “sarı-lacivərdlilər”dən tezliklə ayrılacağını bildirib: “İtaliyanın “Roma”, “Yuventus”, “Latsio” klublarından təklif almışam. Yəqin ki, yaxın bir neçə həftədə bütün məsələlərə aydınlıq gələcək və yeni komandamın adı müəyyənləşəcək”.

Qeyd edək ki, Luqano “Qalatasaray” - “Fənərbaxça” matçının sonlarında baş verən qalmaqalın əsas səbəbkarlarından biri olduğu üçün qırmızı vərəqə ilə cəzalandırılıb. Uruqvaylı futbolçunun bu gün Türkiyə Futbol Federasiyası Nizam-İntizam Komitəsi tərəfindən ağır cəzaya məruz qalacağı gözlənilir.
0