Milli komandamız üçün Anya
16.04.2009 - 12:12
Azərbaycan milli komandasının qarşıdakı oyunlar üçün hakim-inspektorla UEFA nümayəndəsi müəyyənləşib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, aprelin 23-dən 28-dək Portuqaliyada Avropa çempionatının ikinci seçmə mərhələsində iştirak edəcək 19 yaşadək qızlardan ibarət yığmamızın görüşlərinə hollandiyalı və isveçli nümayəndə təyinat alıb. Şamil Heydərovun çalışdırdığı yığmamızın Portuqaliya və Fransa ilə matçlarında hakim-inspektor, eyni zamanda UEFA nümayəndəsi hollandiyalı Anya van Qinhoven olacaq. Uels – Azərbaycan qarşılaşmasında hakimlərin idarəçiliyini isveçli İnqrid Yunsson qiymət verəcək. O, həm də oyunun UEFA nümayəndəsi olacaq.
0
0