“Şrek”lə “Qalatasaray”ı nə birləşdirir? - FOTOSESSİYA
16.04.2009 - 13:40
“Şrek”lə “Qalatasaray”ı nə birləşdirir? - FOTOSESSİYA
Almaniyanın məşhur “Bild” qəzeti futbolçu və məşqçilərlə bağlı apardığı araşdırmaların nəticələrini açıqlayıb. Apasport.az saytının məlumatına görə, araşdırmalar sayəsində
“idman şahı”nın tanınmış simalarının məşhurluqda heç də onlardan geri qalmayan bənzərləri ortaya çıxıb.

Oxşarlar arasında həm Hollivud ulduzları, həm də cizgi filmləri personajları var. Məsələn, Türkiyənin “Qalatasaray” klubunu UEFA kubokundan kənarlaşdıran Almaniya “Hamburq”unun baş məşqçisi Martin Yol uşaqların sevimlisi “Şrek”ə bənzədilib.

Oxşarların tam siyahısı isə belədir:

1. Hub Stivens (“Şalke”nin sabiq baş məşqçisi) və Cek Nikolson (məşhur kinoaktyor)
2. Pol Frayer (“Bohum”) və Artur Nyuman (komik qəhrəman)
3. Lotar Matteus (Almaniya yığmasının sabiq kapitanı) və Karl-Teodor Qutenberq (Almaniyanın iqtisadiyyat naziri)
4. Arsen Venger (“Arsenal”ın baş məşqçisi) və “Simpsonlar ailəsi” cizgi filmindəki “Rektor Skiper” personajı
5. Luis Felipe Skolari (“Çelsi”nin sabiq baş məşqçisi) və Cim Hekman (məşhur kinoaktyor)
6. Məsud Özil (“Verder”in türk əsilli oyunçusu) və “Gənc Frankenştayn” cizgi filminin qəhrəmanı “Marti Feldman” personajı
7. Martin Yol (“Hamburq”un sabiq baş məşqçisi) və “Şrek” cizgi filminin baş qəhrəmanı
8. Ruy Koşta (Portuqaliyanın veteran futbolçusu) və Xavyer Bardem (məşhur kinoaktyor)
9. Rudiger Kauf (“Arminiya”nın futbolçusu) və “Sezam küçəsi” cizgi filmindən personaj
10. Miroslav Steviç (“Münhen-1860”ın idman durektoru) və “Sezam küçəsi” cizgi filmindən “Bert” personaj
11. Ştefan Vesals (“Osnabryuk”un futbolçusu) və musiqiçi Ceyms Blekt
12. Edqar Davids (holland futbolçusu) və “Krezi Froq” cizgi filmindəki qurbağa personajı
13. Aleksi Lalas (ABŞ yığmasının keçmiş kapitanı) və cizgi filmi personajı
14. Qus Hiddink (Rusiya yığması və “Çelsi”nin baş məşqçisi) və Riçard Nikson (məşhur kinoaktyor)
15. Fabian Lustenberger (“Herta”nın oyunçusu) və “Simpsonlar ailəsi” cizgi filminin personajı
16. Bencamin Koler (“Ayntraxt”ın oyunçusu) və reper Buşido
17. Günter Netser (Almaniyanın veteran futbolçusu) və aktyor Klaus Kinski
18. Braziliyalı Ronaldinyo və Karlos Eduardo (“Hoffenhaym”in futbolçusu)
19. Martin Kind (“Hannover”in prezidenti”) və “Simpsonlar ailəsi” cizgi filminin personajı
20. Patrik Ovoyomela (Dortmund “Borussiya”sının oyunçusu) və musiqiçi Adel Tavil
21. 2006-cı il dünya çempionatının talismanı “Qoleo” və siyasətçi Volfqanq Tirze
22. Klaus Topmöller (almaniyalı məşqçi) və “Sezam küçəsi” cizgi filmindəki “Tim” personajı
0