Litmanen yenidən Azərbaycana gəlmək istəyir
16.04.2009 - 14:34
Litmanen yenidən Azərbaycana gəlmək istəyir
Finlandiya yığmasının lideri Yari Litmanen yenidən Azərbaycana gəlmək istəyir. Apasport.az saytının məlumatına görə, 38 yaşlı hücumçu vətənində “Lahti” klubu ilə müqaviləni yeni mövsüm öncəsi daha bir illiyə uzatmaqla, karyerasını bitirmək fikrində olmadığını nümayiş etdirib.

Finlandiya yığması bu ilin sentyabrın 5-də milli komandamızla Bakıda rəsmi oyun keçirəcək. Həmin vaxt futbolçu karyerasını davam etdirəcək Yari yığmada oyun sayına görə rekordçudur. O, komandasına bu həftəsonu start götürəcək yeni çempionatda qızıl medallar uğrunda mübarizədə, habelə avrokuboklarda uğurlu çıxış etməkdə öz köməyini göstərmək istəyir. Ötən mövsüm bürünc medal qazanan “Lahti” bu ilin yayında Avropa Liqası adlanacaq UEFA kubokuna vəsiqə qazanıb.

Qeyd edək ki, Litmanen milli komandamızla bütün görüşlərdə iştirak edib. İndiyə kimi Bakıya üç dəfə gələn Yari 1997-ci il aprelin 2-də yığmamızı Tofiq Bəhramov adına Respublika stadionunda 2:1 hesabı ilə məğlub etdikləri oyunda qol da vurub.
0