Uels yığmasını Bakıya estonlar yola salacaq
16.04.2009 - 14:36
Uels yığmasını Bakıya estonlar yola salacaq
Uels yığması Azərbaycan milli komandası ilə rəsmi oyuna hazırlıq məqsədilə özünə rəqib tapıb. Apasport.az saytının məlumatına görə, Con Toşakın çalışdırdığı komanda mayın 29-da estonlarla yoldaşlıq görüşəcək.

2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində iyunun 6-da Bakıda milli komandamızın qonağı olacaq Uels estonları Llanelli şəhərciyində qəbul edəcək. Estoniya milli komandasının baş məşqçisi Tarmo Ryuytli bu rəqiblə görüşü vacib sayır: “Britaniya komandaları ilə oynamaq xoş olacaq. Hərçənd, çətin ki həmin vaxt güclü heyət yığa biləcəyik. Axı bu matçın keçiriləcəyi gün yoldaşlıq görüşləri üçün rəsmən nəzərdə tutulmayıb. Klubların yığmaya hansı futbolçuları buraxacağı oyuna yaxın bilinəcək”.
0