Çempionlar Liqasının favoriti kimdir?
16.04.2009 - 14:43
Çempionlar Liqasının favoriti kimdir?
İspaniyanın “Barselona” klubu Çempionlar Liqasının favoritidir. Apasport.az saytının məlumatına görə, üç ingilis komandasıyla birlikdə yarımfinalda oynayacaq kataloniyalıların qalib olmaq şansları daha yüksək qiymətləndirilir.

Belə ki, bukmekerlər kubok iddiasında olan komandaların mükafat əldə etməsi üçün pul qoyuluşlarının əmsallarını açıqlayıb. “Barselona”nın əmsalının daha kiçik olması (2,50) onların daha şanslı olmasından xəbər verir. Turnirin son qalibi “Mançester Yunayted” isə bu siyahıda ikinci yerdədir – 3,00. Bu klubların yarımfinalda qarşılaşacağı London təmsilçiləri isə şanssız görünür. “Çelsi”nin qalib adını qazanmağı 4,50, “Arsenal”ınkı isə 5,00-dır. Qeyd edək ki, yarımfinalda ispaniyalılar “Çelsi”, mançesterlilər isə “Arsenal”ı sınağa çəkəcək.
0