Azərbaycan yığmasına qol vuran futbolçunun etirafı
16.04.2009 - 15:05
Azərbaycan yığmasına qol vuran futbolçunun etirafı
İtaliya milli komandasının heyətində Azərbaycana gəlmiş Kristian Vyeri qumarbaz olmaq istəyir. Apasport.az saytının məlumatına görə, 2002-ci ilin sentyabrın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda yığmamıza qarşı oynayan hücumçunun başı futboldan kənar işlərə qarışıb.

O, “Atalanta” ilə müqaviləsini pozandan sonra poker üzrə Avropa turnirində yaxalanıb. Məlum olduğu kimi, poker qumar oyunlarından biridir. 36 yaşlı futbolçu San-Reço və Monte-Karlo kazinolarında poker oynamağı planlaşdırır. Kristian onu da etiraf edib ki, özünə yeni klub tapmaq istəyir: “Gələcəyimin futbolla bağlı olduğuna görə yorulmamışam. Ancaq kim bilir, ola bilsin ki, təqaüdə çıxanda mən pokerdə peşəkar oyunçu olacağam. Pokerdə oyuna biz hamımız bərabər vəziyyətdə başlayırıq. Mən misli görünməmiş duyğular, adrenalinin axınını hiss edirəm. Bu, mənə lazımdır”.

Qeyd edək ki, Vyeri milli komandamızı evdə böyük hesabla məğlub etdikləri (4:0) rəsmi oyunda qol vurub. O, 2003-cü ilin oktyabrın 11-də keçirilən həmin görüşün 16-cı dəqiqəsində hesabı açıb.
0