Kasilyas, Puyol və Torres iyunda Bakıya gələcək
16.04.2009 - 16:48
Kasilyas, Puyol və Torres iyunda Bakıya gələcək
Son Avropa çempionu İspaniya yığmasının Azərbaycana gələcəyi dəqiqləşib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, Visente del Boskenin çalışdırdığı komanda bu ilin iyununda Bakıda yığmamızla yoldaşlıq oyunu keçirəcək. Oyunun dəqiq tarixi ilə bağlı AFFA və İspaniya Futbol Federasiyası arasında danışıqlar davam etdirilir.

Böyük ehtimalla, yoldaşlıq görüşü Uelslə Bakıdakı rəsmi matçdan 4 gün sonra, iyunun 10-da baş tutacaq. İyunun 10-na dünya çempionatının seçmə mərhələsinin oyunları təyin edilsə də, həm Azərbaycan, həm də İspaniya komandası həmin gün rəsmi qarşılaşmaya çıxmayacaq.

Qeyd edək ki, yığmamız indiyədək İspaniya ilə qarşılaşmayıb.
0