“İnter” - “Neftçi” matçında Cənubi Amerika rekordu müəyyənləşib
20.04.2009 - 10:25
Azərbaycan Premyer Liqasının XXII turu Bakının “İnter” klubunun qapıçısı Raymundo Vilson üçün uğursuzluqla əlamətdar olub. Apasport.az saytının hesablamalarına görə, meydana çıxdığı son 4 qarşılaşmada qapısından top buraxmayan braziliyalı futbolçu “Neftçi” ilə görüşdə iki dəfə məyus olub.
“İnter”in XVI turda “Bakı” ilə oyunun 25-ci dəqiqəsində Fernando Peresin vurduğu zərbə qarşısında aciz qalan Vilson 425 dəqiqə idi ki, “quru” seriyasını davam etdirirdi. “Neftçi”nin bolqarıstanlı legioneri Svetoslav Stefanov matçın 25-ci dəqiqəsində fərqlənməklə, qapıçını 450-də saxladı. Bu qol Vilsonun Azərbaycan karyerasında ən uzun seriyanın rəsmiləşməsinə səbəb oldu. Özü üçün debüt mövsümü olan cari çempionatda iki dəfə “300” səddini aşan Raymundo hər iki halda 307-də dayanmışdı. Azərbaycanda çıxış edən yeganə cənubi amerikalı qapıçı olduğundan şəxsi rekordunu yaxşılaşdıran Vilson həm də öz qitəsindən olan futbolçuların Premyer Liqadakı ən yüksək nəticəsinə imza atdı.
Qeyd edək ki, Vilsonun “quru” seriyası cari mövsümün dördüncü nəticəsidir. Xalidu Sissoko (“Bakı”) 546, Dmitri Kramarenko (“Xəzər-Lənkəran”) 526 və Vladimir Mişoviç 521 dəqiqə qapısını toxunulmaz saxlaya bilib.

0
0