“Bakı”nın qapıçısı Lənkəranda polisin üzünə tüpürdü
20.04.2009 - 11:35
“Bakı” klubunun qapıçısı Xalidu Sissoko yenə qalmaqal yaradıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan Premyer Liqasının XXII turunda “Xəzər-Lənkəran”la səfərdə keçirilən görüşdən sonra seneqallı qolkiper matçın təhlükəsizliyini təmin edən polisin üzünə tüpürüb.
“Bakı” qarşılaşmadan böyük hesablı məğlubiyyətlə (0:3) ayrılıb ki, çempionluq yolunda ağır zərbə olan paytaxt komandasının qapıçısı hirsini polisdən çıxıb. Belə ki, Sissoko hakimləri mühafizə edən asayiş keşikçisinin üzünə tüpürüb. “Bakı” rəhbərliyi bu ədəbsiz hərəkətdən dərhal sonra Sissokonu polisdən üzr istəməyə məcbur edib və buna nail olub. Komanda rəhbərliyi seneqallıya sonuncu dəfə ciddi xəbərdarlıq edərək, onu cəzalandırmaq fikrindədir.
Xatırladaq ki, Lənkəran Sissoko üçün düşərli məkan deyil və onun “Xəzər-Lənkəran”la səfərdə oyunlarında işi düz gətirmir. Əvvəla, “Bakı”nın 2006/07 mövsümündə “Xəzər-Lənkəran”la səfərdə keçirilən görüşdə həm Xalidunun uzun müddətlik “quru seriyası”, həm də komandanın 11 oyunluq qələbə seriyası qırıldı. Həmin oyunda yeganə qolun müəllifi olan “Xəzər-Lənkəran”ın müdafiəçisi Emin Quliyev cərimə zərbəsini dəqiq yerinə yetirməklə, Sissokonun rekordunu 985-ci dəqiqədə dayandırdı. Bundan sonra Xalidu azarkeşlərlə insidentə girişdiyindən, irqçilik şüarları eşitmişdi. Həmin vaxt hesabında bir sarı vərəqə olan qapıçı topu bilərəkdən tribunalara tərəf vuraraq, baş hakim Babək Quliyevə oyunun davam etdirməmək istəyini bildirmişdi. Bunu irqçilik şüarları ilə əsaslandıran Xalidu meydanı tərk edən zamanı ikinci “sarı”nı alaraq, qovulmuşdu.
Maraqlıdır ki, Sissoko elə həmin mövsümün ikinci dövrəsində “Xəzər-Lənkəran”la Tofiq Bəhramov adına Respublika stadionunda (0:0) keçirilən görüşdə də qırmızı vərəqə alaraq, meydandan çıxarılmışdı.

0
0