Yığmamızın futbolçusu komanda yoldaşının dilini boğazından çıxardı
20.04.2009 - 11:43
Yığmamızın futbolçusu komanda yoldaşının dilini boğazından çıxardı
Azərbaycan milli komandasının futbolçusu Branimir Subaşiç Çin çempionatında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, 27 yaşlı hücumçunun şərəfini qoruduğu “Çanqçun Yatay” V turda “Şensi” ilə qarşılaşıb.

Subaşiçin komandası öz meydanında keçirdiyi görüşdə qalib gələ bilməyib – 0:0. O, start heyətində meydana çıxaraq, 70-ci dəqiqədə əvəzlənib. Oyun Subaşiçin komanda yoldaşlarından birinin ağır zədə alması ilə yadda qalıb. Matç ərzində heç nə ilə fərqlənməyən Subaşiç futbolçulardan birinə ilkin tibbi yardım göstərib. Belə ki, komanda yoldaşı huşunu itirərək yerə yıxılıb, futbolçumuz isə onun dilini boğazından çıxarıb.

Qeyd edək ki, 5 turdan sonra hesabında 8 xal olan “Çanqçun Yatay” 16 komanda arasında 8-ci pillədə qərarlaşıb. Branimirin komandası növbəti matçını aprelin 26-da səfərdə “Şanxay”a qarşı keçirəcək.
0