“Bakılı” – “Turan” matçında nə baş verib?
20.04.2009 - 12:03
“Bakılı” – “Turan” matçında nə baş verib?
Azərbaycan Premyer Liqasının XXII turunun oyunlarını idarə edən hakimlərin qiymətləri açıqlanıb. Peşəkar Futbol Liqasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, sonuncu turun qarşılaşmalarında baş hakimlər “fərqlənib”. Onlardan ikisi nisbətən yüksək, üçü isə aşağı idarəçiliyi ilə seçilib. Anar Salmanovla Elçin Məmmədovun lider olduğu turda ən zəif fit sahibi Əfqan Həmzəyevdir. Hakim köməkçilərinin əsasən “8”ə layiq görüldüyü turda yalnız Səbuhi Əmrahovla Vaqif Ayvazovun aşağı qiymət alıb. Həm Həmzəyev, həm də Ayvazov “Bakılı” - “Turan” görüşündə səhvlərə yol verib.

18 aprel, şənbə

"Xəzər-Lənkəran" - "Bakı"

Vüsal Əliyev - 8,0, Azad Q.Hüseynov - 8,0, Azər Əsgərov - 8,0, Rasim Məmmədov - 8,0

"Qəbələ" - "Standard"
Elçin Məmmədov - 8,1, Ramiz Əsədov - 8,0, Səbuhi Əmrahov - 7,8, Ceyhun Haşımov 8,0

"Olimpik" - "Simurq"
Anar Salmanov - 8,1, İlham Əliyev - 8,0, İsgəndər Əliyev - 8,0, Elçin Səmədli - 8,0

"Qarabağ" - MOİK
Rauf Cabbarov - 7,9, Roman Vasilyev - 8,0, Ruslan Babayev - 8,0, Zöhrab Əliyev 8,0

19 aprel, bazar

"Bakılı" - "Turan"

Əfqan Həmzəyev - 7,5, Vaqif Ayvazov - 7,0, Qəzənfər Məmmədov - 8,0, Feyzulla Feyzullayev - 8,0

"Karvan" - "Muğan"
Hacıəli Ağayev - 7,6, Əliyar Ağayev - 8,0, Eşən Durmuşov - 8,0, Ramil Diniyev - 8,0

"İnter" - "Neftçi"
Fariz Yusifov - 8,1, Azər Məmmədov - 8,0, Vaqif Musayev - 8,0, Azad Mütəllimov 8,0
0