Məşhur məşqçi qalmaqalda: 1 kollaja görə 100 min avro təzminat - FOTO
20.04.2009 - 12:19
Məşhur məşqçi qalmaqalda: 1 kollaja görə 100 min avro təzminat - FOTO
“Bavariya”nın baş məşqçisi Yurgen Klinsmann məhkəməyə müraciət edib. Apasport.az saytının məlumatına görə, almaniyalı çalışdırıcı “Die Tageszeitung” qəzeti ilə mübahisəni hüquqi müstəvidə həll etmək niyyətindədir.

Məsələ burasındadır ki, “Bavariya” Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda səfərdə “Barselona”ya 0:4 hesabı ilə uduzduqdan sonra “Die Tageszeitung”də Klinsmannın kollajı dərc olunub. Kollajda baş məşqçi İsa peyğəmbərin yerinə çarmıxa çəkilmiş formada əks edilib.

İndi Klinsmann şərəf və ləyaqətini alçaltdığı üçün qəzet rəhbərliyindən 100 min avro təzminat tələb edir. Təcrübəli mütəxəssis məhkəmədə qalib gələcəyinə inandığını vurğulayıb.
0