Görünməmiş hadisə: Hakim yatıb qaldı, oyun baş tutmadı
20.04.2009 - 13:43
Argentinada qeyri-adi hadisə baş verib. Apasport.az saytının məlumatına görə, bu ölkənin futbol çempionatında “Almuni” və “Rasinq” komandalarının oyununu idarə etməli olan hakim Ariel Montero yatıb, yuxuya qalıb. O, matçın startına 2 saat qalmış oyanıb. Belə qısa müddətdə qarşılaşmanın keçirildiyi məkana çatmaq isə müşkül məsələyə çevrilib. Çünki hakim oyandığı vaxt oyunun baş tutacağı yerdən 600 km aralıda olub.
Amma bütün günahı Monteronun üzərinə atmaq düzgün deyil. “Almuni” - “Rasinq” görüşünə təyinat almasını ona vaxtında xəbər verməyiblər. “Almuni”nin prezidenti Gilyermo Morelatto bildirib ki, baş hakimin köməkçiləri oyunun keçirildiyi stadiona vaxtında gəliblər. Sonradan Montero ilə telefon əlaqəsi saxladıqda isə məlum olub ki, o, baş hakim təyin edilməsindən xəbərsizdir.
Belə olan halda, “Rasinq” rəsmiləri komandaları meydançaya digər baş hakimin çıxarmasına etiraz ediblər. Polis isə qarşılaşmanın təxirə salınmasına razılıq verməyib. Nəticədə oyun ləğv olunub.

0
0