Rəşad Sadıqova aşağı qiymət verdilər
20.04.2009 - 14:38
Rəşad Sadıqova aşağı qiymət verdilər
Azərbaycan yığmasının futbolçusu Rəşad Sadıqov şərəfini qoruduğu Türkiyənin “Kocaelispor” klubunun heyətində ən pis oyunlarından birini keçirib. Apasport.az saytının məlumatına görə, 27 yaşlı müdafiəçi Superliqanın XXVIII turunda “Dənizlispor”a 1:2 hesabı ilə məğlub olan İzmit təmsilçisinin heyətində ən zəif futbolçularından biri olub.

Belə ki, qarşılaşmanın iştirakçılarının oyununu qiymətləndirən Türkiyə mətbuatı Rəşada “5” veriblər. Bu da görüşdə meydana çıxan “Kocaelispor” oyunçularından yalnız ikisindən yaxşıdır. Hasan Uğur və Zinkonun “4”ə layiq görüldüyü matçda Sadıqov və daha 2 komanda yoldaşı “5”lə kifayətlənib. İzmitlilərin digər futbolçuları isə daha yüksək qiymətə uyğun oyun göstərib. “Neftçi”nin sabiq futbolçusu Ləvənt Kartop da “6” alıb.

28 turdan sonra hesabında 23 xal olan və 17-ci pillədə qərarlaşan “Kocaelispor” həm 16, həm də 18-ci yerdən 7 xal uzaqdır. Rəşadın komandası növbəti matçını aprelin 26-da öz meydanında “Antalyaspor”a qarşı keçirəcək.
0