“İnter” meydandan yarımçıq çıxmalı idi?
20.04.2009 - 14:45
İtaliya çempionatının hesabat turunda keçirilən “Yuventus” – “İnter” oyunu yarımçıq bitə bilərmiş. Apasport.az saytının məlumatına görə, Milan təmsilçisinin prezidenti Massimo Moratti qarşılaşmada baş verənlərin dözülməz olduğunu bildirib. O, Turində baş tutan və 1:1 hesabı ilə nəticələnən görüşdə yaşananları yarımçıq dayandırılmalı olduğunu düşünür: “Mario Ballotelli hesabı açandan sonra yerli azarkeşlər onun ünvanına irqçi şüarlar, təhqirlər səsləndirməyə başladı. Bu, dözülməz idi. Mən həmin anda stadionda olsaydım, tribunadakı kreslomu tərk edərdim. Meydana düşüb komandanı soyunub-geyinmə otağına aparardım”.
Qeyd edək ki, İtaliya Futbol Federasiyasının Nizam İntizam Komitəsi baş verənlərlə bağlı sabah qərar çıxaracaq. “İnter”lə matçdakı hadisəyə görə “Yuventus”a para cəriməsinin kəsiləcəyi gözlənilir.
Qeyd edək ki, İtaliya Futbol Federasiyasının Nizam İntizam Komitəsi baş verənlərlə bağlı sabah qərar çıxaracaq. “İnter”lə matçdakı hadisəyə görə “Yuventus”a para cəriməsinin kəsiləcəyi gözlənilir.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
0
0