“Yuventus” azarkeşlərini itirdi
21.04.2009 - 09:26
İtaliyanın futbol liqasının Nizam-İntizam Komitəsi “Yuventus” klubunu cəzalandırıb. Apasport.az saytının məlumatına görə, Turin təmsilçisi öz meydanında keçirməli olduğu növbəti oyunu boş tribunalar önündə keçirəcək.
“Yuventus”un bir qarşılaşmanı azarkeşsiz qalmağına onların İtaliya çempionatının son turundakı hərəkətləri səbəb olub. Belə ki, “İnter”lə 1:1 hesablı heç-heçə bitən görüşdə turinli azarkeşlər qonaqların qana əsilli futbolçusu Mario Ballotellininin ünvanına təhqiramiz şüarlar səsləndirmişdi.
Qeyd edək ki, “Yuventus” ölkə çempionatında növbəti ev oyununu mayın 3-də “Leççe”yə qarşı keçirəcək.

- Faciəvi ölümlə bağlı: Çempionlar Liqasında bir dəqiqəlik sükut
- Dirk Kuyt “Liverpul”la matçdan əvvəl iddialı danışdı: “Özümüzü göstərəcəyik”
- Türkiyə millisinin sabiq üzvü karyerasını BAŞA VURUB
- “Liverpul”un “Fənərbaxça” ilə oyun üçün heyəti açıqlandı – 7 itki
- “Vest Hem” baş məşqçisini istefaya göndərdi – RƏSMİ
0
0