2000 manatlıq zərbə, 4000 manatlıq qələbə
21.04.2009 - 13:37
Bu gün AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib. Apasport.az saytının məlumatına görə, toplantıda Premyer Liqanın XXII turunun oyunlarında baş verən hadisələrə hüquqi qiymət verilib.
“Bakı” ilə matçın sonlarında meydançaya kənar əşyalar atıldığı üçün “Xəzər-Lənkəran” 2000 manat cərimə olunub. 88-ci dəqiqədə komandanın nümayəndəsi Səməd Mustafayev özünü aqressiv apardığından, texniki zonadan kənarlaşdırılmaqla yanaşı, 1 oyunluq cəzaya və oyundan 3:0 hesablı qələbəylə ayrılan Lənkəran təmsilçisi daha 2000 manat ziyana düşüb.
“Qəbələ” – “Standard” matçından sonra keçirilən mətbuat konfransına qonaqların baş məşqçisi qatılmayıb. Bu səbəbdən bakılılar 1000 manat ödəməli olacaq.
“Qarabağ”, “Turan”, “Karvan” və “İnter” klubları da cəzasız ötüşməyib. İlk üç komanda hesabat turunda 4 futbolçusu sarı vərəqə aldığından, AFFA-nın xəzinəsinə 1000 manat keçirəcək. “Bakılı” ilə matçın son dəqiqələrində vaxtı bilərəkdən uzadan Əfran İsmayılov komandasını 200 manat ziyana salıb. Turun mərkəzi – “İnter” - “Neftçi” matçında isə Qoran Arnaut (“İnter”) rəqibini bilərəkdən vurduğu üçün birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığından 2 oyunluq cəzalandırılıb, klub isə 2000 manat cərimə olunub.

0
0