“...Futbolun başında eşşəklər dururlar”
21.04.2009 - 15:44
“Fulhem” klubunun sahibi Məhəmməd Əl-Fayed sensasyon bəyanatla çıxış edib. Apasport.az saytının lent.az-a istinadən məlumatına görə, ərəb milyarder İngiltərə Futbol Federasiyasının rəhbərliyini təhqirlərə məruz qoyub.
Əl-Fayed ingilis futbolunda yaranan maliyyə böhranını oyunçulara böyük məbləğdə pulların ödənilməsi ilə izah edib. Onun fikrincə, əmək haqlarına məhdudiyyət qoymaq lazımdır: “Axı futbolçulara mövsüm ərzində necə 15-20 milyon vermək olar? Bu, axmaqlıqdır. Əmək haqlarını hansısa formada məhdudlaşdırmaq lazımdır. Amma fikrimcə, bu, alınmayacaq. Çünki İngiltərə futbolunun başında heç nəyi qanmayan eşşəklər oturublar”.
“Fulhem”in sahibi digər klublara da kömək etmək istədiyini söyləyib. O, teleyayım gəlirlərinə yenidən baxılmasının gərək olduğunu vurğulayıb: “İngiltərə telekanalları bizim istehsal etdiyimiz məhsula görə milyardlar qazanırlar. Klublara isə yalnız kiçik hissə qalır”.

0
0