“Sivasspor” necə lider olur?
21.04.2009 - 16:15
“Sivasspor” necə lider olur?
“Sivasspor”un baş məşqçisi Bülənt Uyğun Türkiyə Superliqasında lider olmalarının sirrini açıqlayıb. Apasport.az saytının məlumatına görə, mütəxəssis bu uğurun futbolçuların gecə klublarına getməməyi ilə də bağlı olduğunu etiraf edib.

Uyğun bildirib ki, Sivas şəhərində ümumiyyətlə, gecə həyatı yoxdur: “Orada siz yalnız bir neçə mağaza tapa bilərsiniz ki, oradan da futbolçular alkoqollu içki ala bilərlər. Ancaq mənim həmin mağazaların sahibləri ilə yaxşı əlaqələrim var. Futbolçu nəsə alan kimi dərhal məni xəbərdar edirlər və mən profilaktiki söhbət aparıram”.
0