Mişel Platini UEFA kubokunu Türkiyəyə gətirir
21.04.2009 - 17:08
UEFA prezidenti Mişel Platini aprelin 23-də Türkiyəyə səfər edəcək. Apasport.az saytının məlumatına görə, mayın 20-də UEFA kubokunun final qarşılaşmasının keçiriləcəyi “Şükrü Saracoğlu” stadionuna baş çəkəcək qitə futbol qurumunun başçısını türkiyəli vitse-prezident Şenes Erzik müşayiət edəcək.
Platinini, həmçinin UEFA kubokunun təhvil-təslim mərasiminə də qatılacaq. Belə ki, Avropanın nüfuzuna görə ikinci klub turniri olan mükafat tarixində ikinci dəfə Türkiyəyə gətirilir. 9 il əvvəl “Qalatasaray” yarışın qalibi kimi qəniməti ələ keçirmişdisə, bu dəfə kubok Almaniya və Ukrayna komandalarının qarşılaşmasınadək İstanbulda qalacaq. Mükafatı ötənilki qalib Rusiyanın “Zenit” klubundan təhvil alan Platini onu İstanbul Böyükşəhər Bələdiyyəsinin rəisi Qədir Topbaşa təqdim edəcək.

0
0