Bakıda üç gündə üç məşqçi qovuldu
22.04.2009 - 10:58
Bakının “Standard” klubunun rəhbərliyi islahatlara başlayıb. Apasport.az saytının məlumatına görə, son üç gündə komandadan üç məşqçi uzaqlaşdırılıb.
Belə ki, öncə əsas komandanın çalışdırıcısı Badri Kvaratsxeliya istefaya göndərilmişdisə, bu dəfə əvəzedicilərin baş məşqçisi Bəhram Şahquliyevlə məşqçi Zeynalabdin Hüseynov postundan kənarlaşdırılıb. Buna səbəb kimi, əvəzedici komandanın uğursuz çıxış etməsi göstərilir. Hazırda “Standard-2” 22 turdan sonra 21 xal toplayıb və turnir cədvəlində 11-ci yerdədir.

0
0