“Ole Brasil” prezidenti Bakıda - FOTO
28.04.2009 - 11:26
Braziliyanın “Ole Brasil” Futbol akademiyasının rəhbərliyi Bakıda səfərdədir. AFFA-nın İnformasiya və İctimaiyyətlər Departamentindən apasport.az saytına verilən məlumata görə, bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədovla “Ole Brasil” Futbol akademiyasının prezidenti Maurisio Siqueyra Penya arasında görüş keçirilib. Görüşdə AFFA-nın Futbol akademiyasının iş prinsipi, eləcə də “Ole Brasil”in fəaliyyəti barədə ətraflı müzakirələr olub və fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, AFFA-nın və Braziliyanın futbol akademiyaları hazırda Qazaxıstanda davam etməkdə olan Prezident kuboku yarışında mübarizə aparırlar.
Qeyd edək ki, AFFA-nın və Braziliyanın futbol akademiyaları hazırda Qazaxıstanda davam etməkdə olan Prezident kuboku yarışında mübarizə aparırlar.
- Arda Turanın komandası sabiq “Fənərbaxça”lını transfer etdi
- “Real”ın ulduzu İstanbul yolunda? – “Fənərbaxça” hərəkətə keçdi
- Dünya çempionu "Yuventus"a doğru: Martinezdə son mərhələ
- “Beşiktaş”da oynadı, “Fənərbaxça”ya keçir? – Danışıqlar başladı
- Çalhanoğlundan DÇ mesajı – “Hədəfim kuboku qaldırmaqdır”
0
0