“Neftçi”nin etirazı qəbul olunmadı
28.04.2009 - 14:33
“Neftçi”nin etirazı qəbul olunmadı
AFFA Bakının “Neftçi” klubunun etirazını qəbul etməyib. Assosiasiyanın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, flaqmanın Premyer Liqanın XXIII turunda “Qarabağ”la oyunun protokolunda etirazı qeyd olunub.

Komanda görüşün 60-cı dəqiqəsində futbolçusu Dmitri Kruqlovla “Qarabağ”ın hücumçusu Zaur Ramazanova göstərilən sarı vərəqələrdə hakimin düzgün qərar vermədiyini göstərib və bu məsələnin araşdırılmasını xahiş edib. İntizam Komitəsi tərəfindən oyunun videoyazısı izlənilib və hakimin qərarının düzgün olduğu aşkarlanıb. Bu səbəbdən də “Neftçi”nin etirazı qəbul olunmayaraq, hər iki futbolçuya göstərilən xəbərdarlıqlar öz qüvvəsində qalır.

Qeyd edək ki, “Neftçi” – “Qarabağ” oyununu idarə edən mingəçevirli hakim Rövşən Əhmədovun Kruqlova göstərdiyi cari vərəqə cari mövsümdə 4-cü olduğu üçün, estoniyalı müdafiəçi növbəti turda Yevlaxda “Karvan” klubu ilə görüşdə cəzalı duruma düşüb.
0