Voronin FİFA prezidentinə konyak bağışladı
01.05.2009 - 17:54
FİFA prezidenti Yozef Blatter Moldovada işgüzar səfərdə olub. Apasport.az saytının məlumatına görə, ali futbol qurumunun başçısı ölkə prezidenti Vladimir Voronin, Moldova Futbol Federasiyasının prezidenti Pavel Çebanu və mitropolit Vladimirlə görüşüb.
Blatter bu ölkədə hədiyyəsiz qalmayıb. Belə ki, Kişinyov və bütün Moldovanın mitropoliti olan Vladimir ona şəxsən ölkənin ən yüksək dövlət mükafatı olan Böyük Ştefan Ordenini təqdim edib. Voronin isə nüfuzlu qonağa bir butulka konyak bağışlayıb.
Qeyd edək ki, Blatterin səfər zamanı milli komandaların Vadul-luy-Vodedə yerləşən bazasına baş çəkməsi və orda mətbuat konfransı keçirməsi nəzərdə tutulub.

- “Mançester Yunayted”dən yeni rekord
- Hacıosmanoğlu “Qalatasaray” – “Samsunspor” oyunundakı epizod barədə: "Qəbul edirəm"
- TFF prezidentindən derbi açıqlaması: "Etiraz etməli olan tərəf "Fənərbaxça"dır"
- “Fənərbaxça” və “Samsunspor”un Avropa oyunlarını idarə edəcək hakimlər açıqlanıb
- Elçin Məsiyev UEFA Avropa Liqasının oyununa təyinat alıb
0
0