Futbolçudan şok açıqlama: Mən “donuz qripi”nə yoluxmuşam
05.05.2009 - 16:51
Futbolçudan şok açıqlama: Mən “donuz qripi”nə yoluxmuşam
Cənubi Amerika Futbol Konfederasiyası Meksikanın “Çivas” klubunun üzvü Ektor Reynosonu cəzalandırmaq fikrindədir. Apasport.az saytının məlumatına görə, futbolçunun hansı müddətə yarışlardan kənarlaşdırılacağı dəqiqləşməsə də, Libertadores kubokunun qarşıdakı matçlarında oynamayacağı gözlənilir.

Belə ki, Reynoso məhz bu turnirin “Everton”la (Çili) qarşılaşmasında rəqibinə tüpürməklə yanaşı, onun qarşısında asqırıb. Bununla ürəyi soyumayan meksikalı rəqibini qorxudub və ona “donuz qripi”nə yoluxmuş olduğunu deyib. Zərərçəkən Sebastyan Lenkonun şikayətindən sonra məlum olub ki, guya, rəqibini virusa yoluxdurmaq niyyətində olan Reynoso reallıqda xəstə deyilmiş. Sadəcə, Lenkonu qorxutmaq üçün bu sözləri deyən “Çivas”ın futbolçusu sonradan rəqibindən üzr də istəyib. Meksikalı oyunçuların dediyinə görə, çilililər matç boyu onlara “donuz qripi” haqqında sözlər “atırmış”. Bütün bunlar da Reynosonun coşmağına səbəb olub.
0