Zeynal Zeynalov birinci divizionda
07.05.2009 - 14:32
Zeynal Zeynalov birinci divizionda
Azərbaycan çempionatının birinci divizionunda XXVII turun təyinatları açıqlanıb. Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, növbəti tura təyinat alan hakimlər arasında Zeynal Zeynalov da var.

O, mayın 11-də keçiriləcək “Qafqaz Universiteti” – Şahdağ” görüşündə baş hakim Elnur Muradovun köməkçilərindən biri olacaq. Zeynalovun idarəçiliyinə hakim-inspektor kimi Şamil Üseynov qiymət verəcək.