Rəşad Sadıqov canını Türkiyə polisindən necə qurtardı?
07.05.2009 - 15:01
Rəşad Sadıqov canını Türkiyə polisindən necə qurtardı?
Bundan sonra Türkiyədə futbol oyunlarında təhlükəsizlik tədbirlərinə polis cavabdehlik daşımayacaq. Apasport.az saytının məlumatına görə, bununla bağlı Böyük Millət Məclisində qəbul edilən qərara əsasən, təhlükəsizlik məsələlərinə yalnız ölkənin futbol federasiyası – TFF cavabdeh olacaq.

Yeni qanun artıq bu həftəsonu Superliqa oyunlarında tətbiq ediləcək. Azərbaycanlı futbolçular Rəşad Sadıqovla Ramal Hüseynovun heyətində yer aldıqları “Kocaelispor” da növbəti turda “Trabzonspor”la oyun öncəsi keçirilən toplantıda bununla bağlı məlumatlandırılıb. Təlimatda deyilib ki, həmin görüş üçün özəl mühafizə şirkətlərinə sifariş olunmalıdır.

“Kocaelispor”un da digər klublar kimi, yeni qadağaya hazırlıqsız olması aşkarlanıb. Klublar Birliyi çıxarılan qərara etiraz etsələr də, bunun nəzərə alınması çətin məsələ sayılır. Dəyişiklik edilməsə, həftəsonu keçiriləcək Superliqa oyunlarında polis olmayacaq. Bununla da maliyyə problemləri olan “Kocaelispor” rəhbərliyi “Trabzonspor” ilə ev oyunu üçün 500 nəfərlik özəl mühafizəçi sifariş etməlidir.