“Droqba sanki zəncirdən qırılıb, çıxmışdı”
07.05.2009 - 15:50
Londonun “Çelsi” klubunun hücumçusu Didye Droqba ağır cəzaya məruz qala bilər. Apasport.az saytının məlumatına görə, 31 yaşlı afrikalı futbolçunun UEFA tərəfindən diskvalifikasiya ediləcəyi gözlənilir.
Çempionlar Liqasında “Barselona” ilə oyunda norveçli baş hakim Tom Henninq Evrebenin üzərinə cumaraq, onu meydandan çıxmağa qoymayan Droqba tribunaların altındakı məkanda da əməlindən qalmayıb. Şahidlərin dediyinə görə, səs-küy salan Didye azğın şəkildə hakimə onun idarəçiliyi haqda nə düşündüyünü söyləyib: “Droqba sanki zəncirdən qırılıb, çıxmışdı. O, özünə nəzarət edə bilmirdi. Belə aqressiv hərəkətinə baxmayaraq, hakimə barmağı ilə də toxunmadı”.
Hər halda, Didye o qədər əsəbiləşibmiş ki, üz-üzə qaldığı hakimə ittihamlarını dediyi zamanı əlini divara çırpırmış. Evrebe qorxusundan heç nə deməyib. Ardından Droqbaya Mihael Ballak da qoşulub. Bundan sonra hakim münaqişədən yaxa qurtarmaq üçün meydana qayıtmağı daha üstün tutub. Məlumatlara görə, Evrebe UEFA nümayəndələri ilə söhbətində mühüm səhvlər buraxdığını etiraf edib.

0
0