Ağdama bir həftədə üçüncü səfər
07.05.2009 - 15:54
Ağdama bir həftədə üçüncü səfər
Peşəkar Futbol Liqası (PFL) jurnalistlərin Ağdama son bir həftədə üçüncü səfərini təşkil edir. Qurumun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, Premyer Liqanın növbəti (XXV) turunda Quzanlı qəsəbəsindəki Olimpiya İdman Kompleksinin stadionunda keçiriləcək “Qarabağ” – “Xəzər-Lənkəran” oyununu işıqlandırmaq istəyən Kütləvi İnformasiya Vasitələrinə (KİV) müraciət edilib. Quzanlıya səfər edəcək KİV nümayəndələri mayın 8-dək PFL-nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentində qeydiyyatdan keçməlidirlər. Bakı – Quzanlı - Bakı marşrutu ilə təşkil olunacaq avtobus Quzanlıya mayın 9-u səhər saat 7:30-da AFFA-nın inzibatı binasının qarşısından yola düşəcək.

Qeyd edək ki, PFL buna qədər jurnalistlərin Ağdama “Qarabağ”ın Premyer Liqada “İnter”, ölkə kubokunda “Bakı” ilə oyununa səfərini təşkil etmişdi.
0